Бухгалтер
ООО Work Space

Iş haqqında

Xərclər və maya dəyər uçotu üzrə mühasib Vəzifə öhdəlikləri: 1) Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi; 2) İdxal əməliyyatlarının gömrük dəyərinin müəyyən edilməsi (yük gömrük bəyannaməsi uçotu, idxal olunan malın dəyərinin hesablanması və sair); 3) Məhsulun maya dəyəri üzrə iqtisadi cəhətdən əsaslandırılmış hesabatının tərtibi; 4) Qiymət məlumat bazasının (Cost database) hazırlanması və qiymət formalaşması prosesində aktiv iştirak; 5) Aylıq və illik istehsalat nəticələrinin təhlili, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlaşdırılan istehsal normalarından kənarlaşmaların araşdırılması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi; 6) Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunun aparılması; 7) Faktiki çəkilmiş xərclərin təhlili və xərc növləri üzrə mütəmadi hesabatların hazırlanması; 8) Şirkətin daxili qaydalarına uyğun olaraq bütün departamentlərin xərclərinə nəzarət; 9) Anbar sənədlərinin işlənməsi və aparılan əməliyyatların sistemə düzgün daxil edilməsinə nəzarət; 10) Mövcud olan bütün anbarların qalıqlarının çıxarılması və mühasibat sistemində olan qalıqlarla üzləşdirilməsi; 11) Gündəlik və aylıq istehsalat, anbar hərəkəti və anbar qalığını əks etdirən hesabatların hazırlanması; 12) Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası. Namizədə olan tələblər: 1) Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil; 2) Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi; 3) Vergi Məcəlləsi, Gömrük Məcəlləsi və Beynəlxalq Mühasibat Uçotu Standardları üzrə müvafiq biliklər; 4) Azərbaycan və rus dili bilikləri (ingilis dili bilənlərə üstünlük verilir); 5) Microsoft Ofis proqramlarında sərbəst işləmə bacarığı (Word ,Excel, Powerpoint, Outlook); 6) Məsuliyyətli, tez öyrənən, ünsiyyətcil olmaq və komandada işləmək bacarığı; 7) Şirkət daxili digər bölmələrlə (vergi, audit, hüquq) sıx əlaqədə işləmək, qarşılıqlı yardımı təmin etmək; 8) İdarəetmə, analitik təhlil və təşkilatçılıq qabiliyyəti. Əlavə məlumatlar: 1) Əmək haqqı müsahibə zamanı müəyyən olunur. 2) Nahar şirkət tərəfindən verilir; 3) 6 günlük iş qrafiki. [hidestr] Company: ООО Work Space Title: Бухгалтер [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 02.12.2018
  • Bitmə tarixi : 02.01.2019
  • Əlqədar şəxs : Aliyeva Aylin
  • Təhsil : ali
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 80
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : ООО Work Space
  • Telefon : +994 (55) 3330661, 055 333 06 61
  • Link :
  • Mənbə : jobs.day.az