İşəqəbul üzrə mütəxəssis
ООО Greencompany

Iş haqqında

İş haqqında məlumat • Şirkətin işəqəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarətin aparılması; • İşəqəbul hazırlıqlarının və iş müsahibələrinin təşkilinin təmin edilməsi; • İşəqəbul hesabatlarının hazırlanması; • Açıq olan vakansiyaların şirkətdaxili və şirkətxarici elana hazırlanılması və yerləşdirilməsi; • İşəqəbul prosesi zamanı arxivləşdirmə və sənədləşmə əməliyyatlarının aparılması; • Şirkətin işəqəbul siyasətinə riayət olunmasının təmin edilməsi; • Namizədlər bazasının daim yenilənməsi; • Vakansiyalara uyğun namizədlərin seçilməsi, ilkin müsahibələrin təşkil edilməsi, müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi; • Lazımı sənədləşmə və qeydiyyata alma prosesinin idarə olunması; • İşəqəbul kanallarının idarəolunması və müasir metodların tətbiqinin həyata keçirilməsi; • İşəqəbul layihələrində təşkilati işin həyata keçirilməsi; • İlkin işəqəbul müsahibələri ilə bağlı nəticələrin hazırlanması; • Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması; • Yeni işçilərin rəsmi qeydiyyata alınması, sınaq müddətlərinin izlənilməsi; • Rəhbərlik təfərindən təyin olunmuş digər vəzifələrin yerinə yetirilməsi. Tələblər: • İqtisadiyyat, psixologiya, sosiologiya, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsilinin olması; • Müvafiq sahədə minimum iş təcrübəsi 5 ildən 10 ilə qədər olmalı; • Stres altında işləməyi bacarmalı; • Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı; • Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olması; • İşəqəbul müsahibələrinin aparılmasında təcrübəyə sahib olmalı; • Komandada işləmək qabiliyyətinə və ruhuna sahib olmalı; • Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı; • CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı; • MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı. • Dinləmə, nəticə yönümlülük, məxfilik, marketinq bacarığı, hədəf yönümlülük, ünsiyyət bacarığı, vaxtın idarə olunması, səbirlilik, sürət, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqlarının olması; • Regionalara intensiv işgüzar səfərə getmək imkanının olması; Qeyd: Hərbiçilərə,idarəçilik orqanlarında ve rəhbər vəzifələrdə çalışanlara, dövlət qulluqçularına və müəllimlərə üstünlük verilecək İş şərtləri Həftə içi : 5 gün, saat 10.00-17.00 6-cı gün 10.00-14.00 bazar gunu: istirahət [hidestr] Company: ООО Greencompany Title: İşəqəbul üzrə mütəxəssis [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 09.12.2018
  • Bitmə tarixi : 09.01.2019
  • Təhsil : ali
  • Yaş həddi : 18  − 60
  • Əmək haqqı : 1200  − 1500AZN
  • Kategoriya :
  • Baxış sayı : 82
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : ООО Greencompany
  • Link :
  • Mənbə : jobs.day.az