SMM MENECER
İtcity Academy

Iş haqqında

- SMM Menecerin əsas vəzifəsi akademiyanın biznes strategiyasına əsaslanaraq Linkedin, Facebook, Instagram, Twitter, Youtube sosial media kanalları üzrə və akademiyanın blog-unda mənalı paylaşımlar etmək və İKT sahəsində maraqlı olan insanlara faydalı mesajlar verməkdən ibarətdir - Akademiyanı və akademiyanın məhsullarını tanıtmaq - Müvafiq auditoriya formalaşdırmaq və izləyici sayını daim artırmaq - Izləyicilərin səhifələrdən aktiv istifadə etməsini təşviq edən faydalı paylaşımlar etmək - Kontent kalendar (aylıq paylaşım planı) hazırlamaq - SM səhifələrini canlı saxlamaq və bütün suallara dolğun cavab vermək və ya müvafiq şəxslərə yönləndirmək - Bütün platformalar üzrə reklam kampaniyalarını tərtib etmək və tətbiq etmək - Səhifələrin inkişafı üçün təşəbbüslər irəli sürmək - İş qrafiki: Bazar ertəsi\Şənbə 10:00-dan 19:00-dək - Əmək haqqı: Razılaşma yolu ilə (500-1000 azn) [b]Namizədə tələblər[/b] - Hədəf kütləsi: Akademiyanın sosial media səhifələrində izləyicilərin davamlı olaraq artırılması və hədəf auditoriyaya doğru mesajların verilməsi - Əlaqələr: İzləyicilərlə sağlam münasibətlərin qurulması və hədəfə aparan faydalı məlumatın paylaşılması - Kontent marketinq bacarığı: SMM Menecer qeyri-adi, yaradıcı kontentlər yaratmalı, insanların marağını çəkməli, onları danışdırmalıdır. Bunu edərkən də auditoriyasını çox gözəl tanımalıdır və markaya zərər verəcək şeylərdən uzaq durmalıdır - Qrafik dizayn biliyi: Qrafik dizayn biliyinə malik namizədlərə üstünlük veriləcəkdir - Kopiraytinq bacarığı: SMM Menecer Azərbaycan dilini mükəmməl bilməli, fikrini səlis formada izləyicilərə çatdırmaq bacarığına sahib olmalıdır. Reklam kampaniyalarında və günlük postlarda minimum sözdən istifadə etməklə maksimum mesaj verməyi bacarmalıdır - Əlavə olaraq araşdırmaçı ruhlu olmalı və İngilis dilini yaxşı səviyyədə bilməlidir - Brend kommunikasiyası və strategiya: Brendin strategiyası bütün kanallarda öz əksini tapmalıdır. SMM Menecer brendi çox gözəl tanımalı, missiyasını və korporativ dəyərlərini dəqiq bilməli və sosial media strategiyasını qurarkən bunları nəzərə almalıdır - Reklam menecmenti: Reklam büdcəsini proqnozlaşdırmalı və effektiv istifadəsini təmin etməlidir - Analiz və hesabatlılıq: Rəqəmlər həftəlik və aylıq olaraq analiz edilməli, uğurlar və uğursuzluqlar barədə rəhbərliyə hesabat verilməldir Yuxarıdakı tələblərə uyğun gələn və vakant vəzifə ilə maraqlanan şəxslər CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində vakant vəzifənin adı - SMM Menecer qeyd olunmalıdır. [hidestr] Company: İtcity Academy Title: SMM MENECER [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 10.12.2018
  • Bitmə tarixi : 09.01.2019
  • Əlqədar şəxs : HR mütəxəssisi
  • Təhsil : Ali
  • Yaş həddi : 18  − 40
  • Əmək haqqı : 500  − 800AZN
  • Kategoriya :
  • Baxış sayı : 138
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında