İNSAN RESURSLARI ÜZRƏ MÜTƏXƏSSİS
"Azertexnolayn" MMC

Iş haqqında

- İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir - Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir - Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir - İş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir - İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır - İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur - İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir - Peşələr üzrə vəzifə təlimatlarının yazılması - Kadr axınının səbəblərini öyrənilməsində və onların aradan qaldırılması tədbirlərinin işlənib hazırlanmasında iştirak edir - Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır - Əmək üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edir - İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və rəhbərliyə hesabat verir - Daxili sənəd dövriyyəsini icra edir - Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir - Əmək haqqı: NET 800-900 azn - Tələb olunan işçi sayı: 1 (bir) - İş saatları (iş rejimi): 09:00-dan 18:00-dək, şənbə günü 09:00-dan 13:00-dək - Nahar və servis təmin olunur [b]Namizədə tələblər[/b] - İş təcrübəsi: İnsan Resursları üzrə minumum 2 il iş təcrübəsi - Təhsili/ixtisası: Menecment, İqtisadi sahələr üzrə ali təhsil tələb olunur - Cins: Kişi namizədlərə üstünlük veriləcək - Dil bilikləri: İngilis və ya Rus dilini irəli səviyyədə bilmək - Üstünlüklər: İnsan Resurslarının rəsmi qanunvericiliklə yanaşı strateji tərəfində də təcrübəsi olması əlavə üstünlükdür - Kompüter bilikləri: Ofis proqramları (excell irəli səviyyədə) - Fərdi keyfiyyət tələbləri: Yaradıcı, yenilikçi və inkişafa açıq, yüksək ünsiyyət bacarığı və təqdimetmə bacarığı, Məlumatı toplamaq və təhlil etmək bacarığı, Məntiqli düşünmə və problemləri araşdırma bacarığı, etibarlılıq və şirkətə sədaqətlilik; komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi,məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı) Vakansiya üçün müraciət qaydası: CV-lər “İnsan Resursları mütəxəssisi” mövzusu ilə elektron ünvana göndərilməlidir. [hidestr] Company: "Azertexnolayn" MMC Title: İNSAN RESURSLARI ÜZRƏ MÜTƏXƏSSİS [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 28.12.2018
  • Bitmə tarixi : 27.01.2019
  • Əlqədar şəxs : Kadr planlama və İşə qəbul şöbəsi
  • Təhsil : Ali
  • Yaş həddi : 25  − 35
  • Əmək haqqı : 800  − 900AZN
  • Kategoriya :
  • Baxış sayı : 101
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında