- Beynəlxalq müstəvidə fəaliyyət göstərən konsaltinq firmasının yeni yaradılmış yerli nümayəndəliyinə məsləhətçi axtarılır - Ən əhəmiyyətli sənaye, humanitar, sosial fəaliyyət sahələrində hökumət və kommersiya təşkilatları üçün müxtəlif növ məsləhət xidmətləri təqdim edirik - Bizim inkişafımız müştərilərimiz üçün real nəticələrin əldə edilməsidir - Siz də bizim kimi gələcəyinizi düşünürsünüzsə, komandamıza qoşulun - Komandamıza qoşularaq təşkilatımıza dəstək verəcək mühüm iş funksiyalarını həll etməyə kömək edəcəksiniz - Müxtəlif sferadan olan insanların çalışdığı komandamızda şəxsi bacarıqlarınızı inkişaf etdirərək, müştərilərin ən mühüm problemlərinin aradan qaldırılması üçün innovativ həll yolları təklif edə biləcəksiniz - Namizəd öz xüsusi bacarıqlarından istifadə etməklə yüksək nəticələr göstərdiyi təqdirdə, bizim əsas müştərilərimiz tərəfindən birbaşa iş təklifləri ala biləcəkdir - Siz karyeranızı qarşınızda duran öhdəliklər, mentorluq və formal təhsil hesabına inkişaf etmək imkanı əldə edəcəksiniz - Məhz bu yolla biz liderləri inkişaf etdirir, müştərilərimiz və cəmiyyətimiz üçün daha yaxşı dünyanın formalaşmasında həll edici rol oynayırıq [b]Namizədə tələblər[/b] - Bakalavr dərəcəsi üzrə ümumi "B" (4) və ya daha yüksək qiymətlər - Bütün peşələr üzrə namizədlərin müraciətləri qəbul edilir - Dövlət və ya kommersiya təşkilatlarında minimum 1 illik iş təcrübəsi - Yüksək səviyyədə Azərbaycan və rus dili bilikləri - Əlavə xarici dil biliyi - Yüksək şifahi və yazılı ünsiyyət bacarıqları - Microsoft Excel və Word-də sərbəst işləmək bacarığı - Problemlərin həllinə yaradıcı yanaşma və kollektiv düşüncə tərzi (ünsiyyətçillik qabiliyyəti) - Güclü təşkilati və təhlil bacarıqları - Tez öyrənmək bacarığı - Bir neçə vəzifənin öhdəsindən gəlmə və səmərəli yanaşma bacarığı - Analitik, tədqiqat və sistemli düşünmə qabiliyyəti - İş və karyeraya motivasiyalı, stimullu və dinamik münasibət - Komandada işləmək bacarığı, həmçinin müstəqil şəkildə vəzifələri yerinə yetirmək - Lazım olduqda həftəlik 40 saatdan artıq işləmə potensialı - Digər yerlərdə işləmək üçün təyyarə, qatar və ya digər nəqliyyat vasitələri ilə səyahət etmək imkanı [hidestr] Company: Global Consulting Resources - International Company (GCRIC) Title: KONSULTANT [/hidestr]