Əczaçı
Azerimed

Iş haqqında

[b]Tələb olunan keyfiyyətlər:[/b] - Tibb təhsilinin olması(ali və ya orta təhsil); - Müvafiq sahədə iş təcrübəsi arzuolunandır(Təcrübə üçün müraciət etmək olar); - Yüksək səviyyədə kommunikasiya bacarığı və enerjisini müştərilərə xidmətə çevirə biləcək; - Müştəri ehtiyacını doğru analiz edib, xidməti nəticələndirə biləcək [b]Vəzifələr:[/b] - Müştərilərlə işin təşkili - Məhsulun seçimində kömək göstərilməsi. - Aptekə gələn malların yoxlanılması, dəyərləndirilməsi, tərkiblərinə uyğun tələb olunan qaydada yerləşdirilməsi, - Dərmanların saxlanılma şəraitinə mütəmadi diqqət edilməsi; - Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət edilməsi; - Sifarişin dəqiq və vaxtında yerinə yetirilməsi. [b]İş şəraiti:[/b] İşçilər Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmi qeydiyyata alınır. Şirkətdə karyera yüksəlişi və müxtəlif perspektivlər mövcuddur. Şirkət daxilində farmokoloji biliklərin inkişafı məqsədilə təlimlər və xidmət texnikalarının yüksəldilməsi üçün treninqlər keçiriləcək. Tələbələrə təcrübə imkanları yaradılır. İş qrafiki: 3 növbə(09:00-16:00; 16:00-23:00; gecə növbəsi, tam gün). Qrafikin namizədlərə uyğun fərdi tərtib edilməsi mümkündür. İstirahət günü: 1 gün Əmək haqqı: 250-350 AZN + bonus. İş təcrübəsi və peşəkarlıq keyfiyyətlərinə əsasən individual yanaşma mümkündür. [hidestr] Company: Azerimed Title: Əczaçı [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 15.01.2019
  • Bitmə tarixi : 15.02.2019
  • Təhsil : Növbəli
  • Yaş həddi : 18  − 60
  • Əmək haqqı : 250  − 350AZN
  • Kategoriya :
  • Baxış sayı : 50
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Azerimed
  • Mənbə : rabota.az