- Memar - fəza məkan təsəvvürü olan, müasir layihələr yaradan, həyat keyfiyyətinə və ətraf mühitə hörmətlə yanaşan peşəkar - Sabit, inkişaf edən layihə təşkilatında işləmək - Müxtəlif, müasir və unikal layihələrdə iştirak - Şəxsi və peşəkar inkişaf - Yaradıcı və dostluq mühiti - İş qrafiki: 1-5-ci günlər, 09:00-dan 18:00-dək [b]Namizədə tələblər[/b] - Ali memarlıq təhsili - Layihənin baş mühəndisi (memarı) kimi 3-5 il iş təcrübəsi - Komandamızda məsuliyyətli, sərbərst, təşəbbüskar və enerjili olan hər bir insanı görmək istəyirik - Qüvvədə olan tikinti norma və qaydaları ilə işləmək bacarığı - Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəni bilmək, layihələndirmənin bütün mərhələlərində iştirak etmək, layihə işlərinin təşkili və planlaşdırılması - Konsepsiya, esgiz layihə, işçi cizgilərinin hazırlanması, layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsinin, lazımi texniki sənədlərin komplektliyinin təmin edilməsi - Layihə və smeta hazırlanması üzrə standartları bilmək, layihə-smeta sənədlərini yuxarı təşkilatlarda və ekspertiza orqanlarında razılaşdırmaq və müdafiə etmək - Memarlıq qrupunu idarə etmək təcrübəsi - Vəzifələrinə məsuliyyətli və peşəkar yanaşma - Müəllif nəzarətinin həyata keçirilməsi - Auto Cad - 3D MAX - Photoshop - Ofis proqramları - Dil bilikləri: Azərbaycan, rus dilini bilənlərə üstünlük verilir Tələb olunur: CV+portfolio (indiyədək görülmüş iş materialları). [hidestr] Company: Bakı Dövlət Layihə İnstitutu Title: LAYİHƏNİN BAŞ MEMARI [/hidestr]