Xadimə
Cənnət Bağı Hotel Altiagac

Iş haqqında

[b]Tələb olunan keyfiyyətlər:[/b] • İş yerində təmizlik məsələləri ilə bağlı sənədləri doldurmaq • Tələb olunan protokola uyğun olaraq elektron-kommunikasiya avadanlıqlarını istismar etmək • Təmizlik işlərini yerinə yetirən zaman digər şəxslər ilə əməkdaşlıq etmək • Təmizlik işləri zamanı mövcud ola bilən təhlükələri minimum səviyyəyə endirmək, onlara nəzarət etmək və ya aradan qaldırmaq üçün ehtiyat tədbirləri görmək və digər zəruri tədbirləri həyata keçirmək • Planlaşdırılan qrafik əsasında əmək fəaliyyətinə nəzarət etmək • Sənaye və Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) standartlarına cavab verən zəruri fərdi mühafizə vasitələrindən istifadə etmək • Yumşaq döşəmə və şüşə səthini təmizləmək • Düzgün əl işi texnikasını tətbiq etmək • Yazılı və şifahi şəkildə ünsiyyət qurmaq • Kimyəvi maddələri təhlükəsiz şəkildə istifadə etmək və atmaq • Qrupun tərkib hissəsi kimi işləmək • Təmizlik işləri üçün avadanlıqları hazırlamaq • Tələb olunduğu təqdirdə əmək prosedurlarına və təmizlik qrafikinə uyğun olaraq avadanlığı təmizləmək və dezinfeksiya etmək • Avadanlığı işlək vəziyyətə salmaq (bu fəaliyyət avadanlığın hissələrinin yığılmasını əhatə edə bilər) • Müvafiq yoxlama işləri həyata keçirmək • Müəssisənin prosedurlarına uyğun olaraq təmizlik işlərini qeydə almaq [b]Vəzifələr:[/b] - Müvafiq avadanlıqlardan, kimyəvi məhsullardan və təmizləmə texnikasından istifadə etməklə üst səthi təmizləmək; - Otaqları, dəhlizləri, istirahət otaqlarını, hamam otaqlarını, vestibülləri, pilləkənləri, elevatorları, paltardəyişmə otaqlarını və digər iş sahələrini sağlamlıq standartlarına uyğun olaraq təmizləmək; - Tozsovuranlardan və şampunlardan istifadə etməklə xalçaları, xalıları, yumşaq mebel dəstlərini və pərdələri təmizləmək; -. Zibil qutularını boşaltmaq, külqabıları təmizləmək; -Əl alətləri (süpürgə, yer bezləri, fırça, yer bezi aləti (mob)) və ya mexaniki sürtmə və parıldatma texnikasından istifadə etməklə döşəmələri süpürmək, sürtmək, parıldatmaq; -Pəncərləri, tavanları, divarları, döşəmələri və taxta hissələri yumaq və lazım olduğu təqdirdə parıldatmaq; - Otaqları görüşlər üçün hazırlamaq, ictimai və biznes tədbirləri üçün media avadanlıqlarını və mebeli təmizləmək; - Elektrik/elektron aksesuarlarını (stolüstü lampa, çilçıraq, televizor, telefon, komputer, mikrafon və s) və bəzək aksesuarlarını (vaza, stolüstü dəst, şəkillər və s.) müvafiq kimyəvi maddələrlə təmizləmək və parıldatmaq [b]İş şəraiti:[/b] AR Əmək Məcəlləsinə əsasən sənədləşmə. Səhər, nahar və şam yeməyi şirkət tərəfindən verilir. Qalmaq üçün yerlə təmin edilir [hidestr] Company: Cənnət Bağı Hotel Altiagac Title: Xadimə [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 26.03.2019
  • Bitmə tarixi : 26.04.2019
  • Təhsil : Опыт от 1 il, tam iş günü, orta образование
  • Yaş həddi : 18  − 60
  • Əmək haqqı : 250  − 350AZN
  • Kategoriya :
  • Baxış sayı : 54
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Cənnət Bağı Hotel Altiagac
  • Mənbə : rabota.az