Maliyyə Meneceri (Baş Mühasib)
Yalama Aqropark MMC

Iş haqqında

“Yalama Aqropark” MMC - 3 min başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sisteminin tətbiq olunduğu 460 hektar sahədə iri əkinçilik təsərrüfatı,  istehsal gücü saatda 5 ton olan yem zavodu olmaqla Azərbaycanda yaradılmış ilk Aqro Kompleksdir (agroparkyalama.az). Hazırda “Yalama Aqropark” MMC Maliyyə Meneceri (Baş Mühasib) vəzifəsinə işçi axtarışını elan edir. İş yeri: Xaçmaz rayonu, Yalama qəsəbəsi İş qrafiki: 5 günlük (09:00-18:00) Yaşayış və gündəlik qidalanma Şirkət tərəfindən təmin edilir.  Vəzifə təlimatı: • Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin mühasibat uçotunun təşkil etmək; • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək; • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək; • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələri tərtib etmək; • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək; • Balans və müəssisənin fəaliyyəti haqqında digər ümumi hesabatların tərtib edilməsi, onların təyin edilmiş qaydada müvafiq orqanlara təqdim edilməsini təşkil və nəzarət etmək; • Vergilərin və digər icbari ödənişlərin hesablanması və onların ödənilməsinə nəzarət etmək; • Müqavilələrin təsdiqləyici sənədlərin tərtib edilməsi və imzalanması, hesablaşmaların vaxtında və tam icra edilməsinə aid olan şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək; • Müəssisənin mühasibat şöbəsinin əməkdaşlarına rəhbərlik edir, tabeliyində olan işçilərin işini təşkil etmək və ona nəzarət etmək; • Müəssisənin auditorlar və yoxlama orqanları tərəfindən yoxlanmasının həyata keçirilməsinin təşkil etmək; • Birbaşa rəhbərin tələblərinə uyğun olaraq vəzifənin nəzərdə tutduğu digər öhdəlikləri yerinə yetirmək; • Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etmək: Bilik və səriştələr: • Dil bilikləri: Azərbaycan dili, Rus dili və İngilis dili bilməsi üstünlükdür; • MS Office -Excel üzrə əsas funksiyalar üzrə sərbəst işləmək bacarığı olmalı; • 1C proqramı 8.2 və ya 8.3 proqramında işləməyi bacarmalı; • ACCA sertifikatlarının olması üstünlükdür; • Mülki, malliyyə, vergi və təsərrüfat qanunvericiliyin bilməli; Tələblərə uyğun, həmçinin komandamıza qoşulmaqda maraqlı olan namizədlər cv-lərini  [email protected] e-mail ünvanına mövzu yerində “Maliyyə Meneceri” (Baş mühasib) yazmaqla göndərə bilərlər. [hidestr] Company: Yalama Aqropark MMC Title: Maliyyə Meneceri (Baş Mühasib) [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 01.03.2019
  • Bitmə tarixi : 31.03.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 49
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Yalama Aqropark MMC
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az