AFB Bank Maliyyə Strukturunun Uçot üzrə meneceri vəzifəsinə vakansiya elan edir. Vəzifə: Menecer İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə) Ünvan: Bakı şəhəri. NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: • Mühasibat uçotu qanunvericiliyinə dair biliklər; • Vergi qanunvericiliyinə dair biliklər; • Korporativ idarəetmə standartlarına dair biliklər; • Beynəlxalq Maliyyə Hesabatları Standartlarına dair biliklər; • Mərkəzi Bankın və Palatanın normativ aktları haqqında biliklər; • Ali iqtisadi və ya mühasibatlıq üzrə təhsilin olması; • Müvafiq sahə üzrə ən az 2 il bank təcrübəsi; • İdarəetmə və kollektivdə işləmək bacarığı; • İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq. İŞİN TƏSVİRİ: • Bankdaxili əməliyyatların aparılmasına nəzarət etmək; • Filialların gündəlik əməliyyatlarına nəzarət etmək və onların balansda düzgün əks etdirilməsini təmin etmək; • Qanunvericiliyə uyğun olaraq vergi və rüsumların hesablanaraq köçürülməsinə nəzarət etmək; • Bankın əsas vəsaitlərinin və qeyri-maddi aktivlərinin amortizasiyasının hesablanmasını təmin etmək; • Bankın işçilərinə əmək haqqı və ona bərabər tutulmuş ödənişlərin hesablanmasını təmin etmək; • Filialların gündəlik əməliyyatlarına nəzarət etmək və onların balansda düzgün əks etdirilməsini təmin etmək. Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Uçot üzrə menecer” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik. [hidestr] Company: AFB Bank Title: Maliyyə Strukturunun Uçot üzrə meneceri [/hidestr]