Baş aşpaz
Restoranlar şəbəkəsi

Iş haqqında

Vakansiya: Baş aşpaz Restoranlar şəbəkəsi İş yeri: Bakı Cinsi: kişi İş qrafiki: 6 günlük iş həftəsi, növbəli saat  Vəzifə öhdəlikləri: • Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək. • Lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq, onun vaxtında çadırılmasına və tələb olunan standarta cavab verməsinə nəzarət etmək. • Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək. • Xüsusi tədbirlərin sifarişi zamanı müştəri ilə görüşüb menyu hazırlamaq və tələb olunan ərzağın miqdarı barədə hesabat hazırlamaq. • Aşpazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlamaq sahəsində olan yenilikləri və həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək. • Göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə qoruyub saxlamaq məqsədilə xüsusi təlimat hazırlamaq və düzgün iş bölgüsü aparmaq. • Digər işçilərlə birlikdə ilin fəslindən və tələb olunan ədvəların mövcudluğundan asılı olaraq resept və menyu hazırlamaq. • Aşpaz və yardımçı heyət də daxil olmaqla yeni işçi qəbul etmək, onları təlimatlandırmaq və istiqamətləndirmək. • Qiyməti müəyyənləşdirmək və müvafiq ərzaq sifariş etmək üçün satışa cavabdeh məsul şəxslə mütəmadi görüşmək • Müştərilərin sifarişinin düzgün yerinə yetirilməsi məqsədilə planlaşmanı, büdcəni və ərzağın alınması prosesini tənzimləmək. • Komanda şəklində özündən yuxarı vəzifədə olan idarəedici və digər  həmkarları ilə yaxından əməkdaşlıq etmək. Namizəddən tələblər: - Müvafiq sahədə minimum 5 il iş təcrübəsi - Etik davranış qaydalarına sahib olmalı - Diqqətli, məsuliyyətli və cəld  - Komandada işləmək bacarığı - Gülərüzlü və hörmətli olmalı  - Dinləmə mədəniyyəti - Xarici görünüşünə diqqət göstərməli - Danışıq qabiliyyəti yüksək olmalı - Müştəri ilə ünsiyyət qurmağı bacarmalı - Dil bilikləri olanlara üstünlük veriləcək  Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla   [email protected]  elektron ünvanına göndərmələri xahiş olunur. [hidestr] Company: Restoranlar şəbəkəsi Title: Baş aşpaz [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 27.03.2019
  • Bitmə tarixi : 26.04.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 52
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Restoranlar şəbəkəsi
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az