Satınalma üzrə mütəxəssis
Collezione Italia

Iş haqqında

“Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin  (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün “Satınalma üzrə mütəxəssis” vakansiyası elan edir. Vəzifə barədə məlumat: • Xarici şirkətlərlə və ya xarici şirkətlərin yerli nümayəndəlikləri ilə əlaqələrin, əməkdaşlıqların qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqların aparılması; • Əlaqə yaradılmış şirkətlərin və onların nümayəndəliklərinin məlumat bazasının yaradılması; • Xarici nümayəndəliklərin iştirakı ilə əlaqələrin möhkəmləndirilməsi üzrə müəyyən tədbirlərin və görüşlərin təşkili, müşaiəti və xarici tədbirlərdə şirkətin təmsil olunması; • Rəhbərlik tərəfindən verilmiş mövzu ətrafında tədqiqatların aparılması və nəticələr barədə hesabatın hazırlanması və rəhbərliyə təqdim olunması; • Xarici nümayəndəliklərlə razılıq əsasında müqavilələrin hazırlanması prosesində iştirak; • Beynəlxalq şirkətlərin rəsmi diler və ya nümayəndəliyini əldə etmə proseslərini yüksək səviyyədə icra etmək; • Şirkətin interyer produksiyalarının satınalma sənədləşmənin aparılması və qəbulu proseslərində iştirak; • Qəbul olunmuş və ya müştərilərə təhvil verilmiş produksiyalarda aşkar olunmuş problem, qüsurlar və zəmanət işləri üzrə danışıqların həyata keçirilməsi. • Ödəmə şərtləri və endirimlərin razılaşdırılması • Hər bir modelin eksklyuziv olaraq müştəri ilə razılaşdırılıb, satış təmsilçisi tərəfindən  təsdiqlənmiş sənədə əsasən istehsalçı ilə əlaqə yaradılaraq sifariş edilməsi • Məhsul hazır vəziyyətə gətirildikdən sonra Logistika şöbəsinin məlumatlandırılaraq xaricdəki anbara yığılması • Aparılan satınalma əməliyyatlarının bazada yığılması Şərtlər: - AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə; - Həftə ərzində 6 iş günü, istirahət- bazar günü - İş saatı: 10:00-19:00 - Əmək haqqı: Namizədə görə müəyyən olunur Tələblər: - Ali təsil və sertifikatlar (CİPS arzuolunandır) - Yaş-25-35; - Beynəlxalq satınalma sferasında minimum 2 il iş təcrübəsi; - Dil bilgiləri: Azərbaycan, rus və ingilis dillərində sərbəst yazı və danışıq qabiliyyəti; - Planlaşdırma, analiz və idarəetmə bacarığı; - Yüksək səviyyədə logistik prosedur bilgiləri. - İncoterms şərtləri ilə məlumatlı. Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində Satınalma üzrə mütəxəssis”  sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər. İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. [hidestr] Company: Collezione Italia Title: Satınalma üzrə mütəxəssis [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 27.03.2019
  • Bitmə tarixi : 26.04.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 47
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Collezione Italia
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az