İctimaiyyətlə əlaqələr şöbəsi, mütəxəssis
AzerGold CJSC

Iş haqqında

Şirkət haqqında: “AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir. Vakansiyanın adı: İctimaiyyətlə əlaqələr şöbəsi, mütəxəssis Əsas vəzifə və öhdəliklər: • Layihələrinin icrası və idarəedilməsi; • Rəqəmsal marketinq fəaliyyətinin təşkili; • Marketinq planlarının tərtib edilməsində iştirak; • Müxtəlif tədbirlərin təşkili; • PR məqsədli effektiv reklam materiallarının hazırlanması və tətbiq olunması; • Sosial media platformalarına nəzarət; • PR planların tərtib edilməsi və icrası; • Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi. Tələb olunan bilik, bacarıq və səriştələr: • Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, yaradıcılıq qabiliyyəti, şəxsi və peşəkar inkişaf, aktivlik, çeviklik və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik. • Marketinq sahəsində baza bilikləri olmalı;  • Dil bilikləri:  Azərbaycan və Rus dillərində sərbəst danışıq və yazı bacarığı, İngilis dili arzuolunandır. • Kompüter bilikləri: Microsoft Office proqramlarında işləmək bacarığı. Tələb olunan təhsil və iş təcrübəsi: • Ali təhsil. • Minimum 2 il müvafiq sahədə iş təcrübəsi. Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq. [hidestr] Company: AzerGold CJSC Title: İctimaiyyətlə əlaqələr şöbəsi, mütəxəssis [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 27.03.2019
  • Bitmə tarixi : 26.04.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 56
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : AzerGold CJSC
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az