Qəbul üzrə nəzarətçi
Baku Boulevard Hotel, Autograph Collection

Iş haqqında

Şöbə: Maliyyə Vəzifə: Qəbul üzrə nəzarətçi Şirkət: Boulevard Hotel Company LLC Ünvan: Azərbaycan, Baki ş, Xəqani Rüstəmov küç 4 C Son tarix: 27.04.2019 İşin təsviri • Malların qəbul şöbəsinə boşaldılmasını monitorinq etmək; materialların sayılmaları və yoxlanmalarını təmin etmək; qəbul hesabatlarının düzgün şəkildə olmasını təmin etmək. Faktura, qablaşdırma blankı və alıcı hesabatları ilə bağlı uyğunsuzluqları maliyyə şöbəsi ilə həll etmək. Məlumatın vaxtında qeydiyyatı üçün qəbuldan inventarizasiya nəzarətinə kimi sənəd axınının monitorinqini aparmaq. • Anbar daxilində avadanlıqların rotasiyasına nəzarət etmək. • Axtarış dəqiqliyi, hesabat etmə, materialların hərəkəti və saxlanılması və xidmət hissələrinə sərf edilən pul köçürmələrinə əsasən qəbuledici və anbardarın iş göstəricilərini qiymətləndirmək və nəzarətdə saxlamaq. • Sifariş edilmiş və qəbul edilmiş hər bir malın növ və sayının düzgün qəbul edildiyinə əmin olmaq üçün gələn bütün malları çatdırılma qeydləri/fakturalarına, qida xüsusiyyətlərinə və alış qeydlərinə əsasən yoxlamaq. • Qoyulan ilkin qiymətin sifariş qiyməti ilə uyğun gəldiyini yoxlamaq üçün fakturalara əsasən qiymətin yoxlanılması. • Qəbul hesabatına daxil edilmiş, sürücü və qəbuledici tərəfindən imzalanmış rədd edilmiş və ya zədələnmiş hər hansı mal üçün kredit qeydlərini doldura bilmək. • Qida, içki, qeyri-ərzaq və qeyri-içki maddələri də daxil olmaqla bütün qəbul hesabatlarının gündəlik vaxtında olunduğunu təmin etmək.  • Qəbul edilmiş sənədlərin gündəlik şəkildə yoxlanılması və satınalma sifarişləri ilə tutuşdurulması. • Geri qaytarma, çatışmazlıq və ya sifariş edilən məhsulun vaxtında gəlməməsi halında dərhal Təchizat üzrə Meneceri məlumatlandırmaq. • Qida, içki, fəaliyyət avadanlıqları və təchizatlarının hər ayın və ya kvartalın sonunda inventarizasiyasının aparılmasında zəruri halda kömək edə bilmək. • Bütün ödənişlərin vaxtında yerinə yetirilməsini təmin etmək üçün proses və əməkdaşlara nəzarət etmək • Bütün hesabatları gündəlik, həftəlik və aylıq olaraq balanslaşdırmaq • Dəqiq maliyyə hesabatları yaratmaq və uyğunsuzluqları aydən şəkildə müəyyən etmək Namizədə olan tələblər • Yüksək iqtisadi təhsil. • Maliyyə sahəsində ən azı 2 il təcrübə. Qonaqpərvərlik sahəsində təcrübə üstünlük təşkil edir. • Azərbaycan-dili və İngilis-dili səlis, Rus-dili bilənlərə üstünlük veriləcək. • MS Office proqramları ilə işləmək bacarığı Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Qəbul üzrə nəzarətçi” qeyd edərək CV-lərini [email protected] elektron ünvanına 27.04.2019-dək  göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər. Əlavə məlumat üçün: www.boulevardhotelbaku.com  [hidestr] Company: Baku Boulevard Hotel, Autograph Collection Title: Qəbul üzrə nəzarətçi [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 27.03.2019
  • Bitmə tarixi : 26.04.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 43
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Baku Boulevard Hotel, Autograph Collection
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az