BOKT Embafinans MMC aşağıda qeyd olunan Bakı üzrə “kredit mütəxəssisi” vakansiyasını elan edir: (Yalnız kişi namizədlər) Əsas vəzifə və öhdəliklər: • Müraciət etmiş müştərilərə kredit məhsulları barəsində məlumat vermək • Daxil olmuş bütün müraciətlərin qeydiyyatını aparmaq • Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək • Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək • Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar: • Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznes, idarəetmə,) • Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı • Azərbaycan dilində səlis danışmaq/yazmaq (xarici dil bilikləri olanlara üstünlük verilir) • Müştərilərlə ünsiyyət qurma və komanda ilə işləmə bacarığı • Məsuliyyətli,təşəbbüskar,dürüst, dəqiq və etibarlı kimi keyfiyyətlərə malik olmaq • Hərbi xidməti bitirənlərə və ya hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir • Yaş həddi – 22-32 yaş Müracət və seçim qaydaları: Maraqlananlar müraciət formalarını CV (resume) [email protected] ünvanına göndərə bilərlər. Email göndərərkən Mövzu (Subject) qrafasında müraciət olunan vakansiya qeyd edən namizədlər nəzərə alınacaq. Əks halda ərizəniz natamam kimi qimətləndiriləcək və baxılmayacaq. İş qrafiki: 6 gün / saat 11.00-18.40 Əmək haqqı (xalis) • Kiçik mütəxəssislər: 362 AZN (gross)+aylıq bonus* *Aylıq bonus verilmiş kreditlərin məbləğinə və portfel qalığına görə hesablanır [hidestr] Company: Embafinans Title: Kredit mütəxəssisi (Yalnız kişi namizədlər) [/hidestr]