Baş Mühasib
Agro Food Investments LLC

Iş haqqında

Vəzifə: Baş Mühasib Vəzifə öhdəlikləri: • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək; • Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsi, Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi, Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək; • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək; • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək; • Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək; • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək; • Baş ofis tərəfindən verilən tapşırıqları vaxtında icra etmək; Tələblər: • Ali iqtisadi təhsil; • Baş mühasib kimi ən azı 3 il iş təcrübəsi olmalı; • Yerli vergi və əmək qanunvericiliyini mükəmməl bilməli; • Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli; • Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti; • MS Office proqramlarını mükəmməl bilməli; • 1C 8.3  proqramı ilə yüksək səviyyədə işləmə bacarığı. Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Baş mühasib” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. [hidestr] Company: Agro Food Investments LLC Title: Baş Mühasib [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 28.03.2019
  • Bitmə tarixi : 27.04.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 49
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Agro Food Investments LLC
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az