Marketinq və satışın təşkili şöbəsinin mütəxəssisi
Xalq Bank

Iş haqqında

Vəzifə: Marketinq və satışın təşkili şöbəsinin mütəxəssisi İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə Şəhər: Bakı NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:  Maliyyə, menecment, iqtisadiyyat istiqaməti üzrə magistr təhsilin olması;  Ən azı 1 il marketinq sahəsində və ya bankda iş təcrübəsi (Xidmət sektoru üzrə iş təcrübəsinin olması arzuolunandır);  Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;  Analitik düşünmə qabiliyyəti;  Peşəkar səviyyədə MS Excell-dən istifadə bacarığı;  Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;  Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;  İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;  Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini bilmək arzuolunandır); İŞİN TƏSVİRİ:  Bank məhsullarının satışını, rəqabət qabiliyyətliliyini daim izləmək və təhlil etmək;  Satışların mövcud müştəri qrupları və məhsullar üzrə analitik təhlili;  Məhsullar və müştəri qrupları üzrə gəlirliliyin təhlil olunması və məhsul şərtlərinin yenilənməsinə dair təkliflərin verilməsi;  Müxtəlif müştəri və müştəri qruplarına xüsusi məhsul və xidmət şərtlərinin təqdim olunmasına dair təkliflərin hazırlanması;  Yeni bank məhsullarının yaradılması, xidmət şəbəkəsinin genişləndirilməsi, xidmətin keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması ilə bağlı təkliflər hazırlamaq;  Bankın filial/şöbələrinin satış potensialının tam şəkildə istifadə edilməsi üçün tədbirlərin planlaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;  Məhsul və xidmətlər üzrə satış üsullarını, alətlərini və kanallarını müəyyən etmək və mütəmadi təkmilləşdirmək. QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq. CV - lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir. Əlaqə vasitələri: E - mail:  [email protected] Telefon: (012) 404 43 39 Faks:  (012) 404 43 34 [hidestr] Company: Xalq Bank Title: Marketinq və satışın təşkili şöbəsinin mütəxəssisi [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 28.03.2019
  • Bitmə tarixi : 27.04.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 41
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Xalq Bank
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az