Korporativ kreditlər üzrə baş mütəxəssis
AFB Bank

Iş haqqında

AFB Bank Korporativ Bankçılıq Strukturuna Korporativ kreditlər üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir. Vəzifə: Baş mütəxəssis İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə) Ünvan: Bakı şəhəri. NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: • Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil); • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; • Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması; • Sahəyə aid olan qayda və normativləri bilmək; • Gərgin iş qrafikində işləmək bacarığı; • Maliyyə və kredit analizi bilikləri; • Yaxşı ünsiyyət bacarığı; • Azərbaycan və rus dillərində səlis danışmaq bacarığı, ingilis dili bilənlərə üstünlük verilir; • Ofis proqramlarından mükəmməl istifadə bacarığı; • Komandada işləmək bacarığı. İŞİN TƏSVİRİ: • Yeni müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq; • Bankın kredit və qeyri-kredit məhsullarının satışının təşkili; • Cari müştərilərə çarpaz satışların həyata keçirilməsinin təşkil edilməsi; • Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı memorandum hazırlamaq, biznes təhlilini aparmaq; • Kredit portfelini formalaşdırmaq və idarə etmək bacarığı;. Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “korporativ kreditlər üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik. [hidestr] Company: AFB Bank Title: Korporativ kreditlər üzrə baş mütəxəssis [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 29.03.2019
  • Bitmə tarixi : 28.04.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 52
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : AFB Bank
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az