Metal konstruksiya üzrə keyfiyyət mühəndisi (QC)
Xırdalan Metal Konstruksiya MMC

Iş haqqında

Metal konstruksiya üzrə keyfiyyət mühəndisi (QC) Namizədə dair tələblər: • Sərbəst Azərbaycan dili • Rus və İngilis dili arzuolunandır • Kompüter proqramları : Autocad, Microsoft Ofice • Minimum 3 il keyfiyyət mühəndisi kimi əmək fəaliyyəti olmalı • İstiqamət üzrə yaxud texniki ali təhsil • Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır; • Komandada işləmək bacarığına sahib olmalıdır; Vəzifələr:  Müəssisəyə satın alınan və proses xəttində anbarlama əməliyyatlarına girən bütün materialların (xammallar, köməkçi maddələr, boya maddələri və s.) davamlı nəzarətini aparmaq, uyğunsuzluqların sənədləşdirilməsi və rəhbərliyə məlumatın verilməsi (Giriş nəzarəti).  Avtomatlaşdırılmış layihə sistemindən istifadə edərək yoxlamalar zamanı müvafiq görüntülərin və məlumatların əldə edilməsi:  Görülən işlər və aparılan yoxlamalar ilə əlaqədar hər cür qeydlərin tutulmasına, sənədlərin tənziminə, müəyyən olunmuş məlumat axınına, iş axınına və hesabat sistemlərinə riayət etmək.  Metal Konstruksiyaların ümumi yığımı zamanı bütün detalların təyin edilmiş addımlarda çizgilər əsasında yoxlanılmasının təmin edilməsi (Ölçü nəzarəti).   Təsbit etdiyi uyğunsuzluqları hesabat şəklində rəhbərinə bildirmək, aradan qaldırılmasını, qeydlərin tutulmasını və əlaqədar rəhbərə çatdırılmasını təmin etmək.  Prosesdə istehsal nəticəsində uyğunsuzluq kəsb edən vəsaitlər istifadə edilərkən düzəldici və önləyici fəaliyyətlərə yerində nəzarət etmək.  Mütəmadi sahələrdə işlərə, material dəyişikliklərinə və uyğunluqlarına istehsal rəhbəri ilə birlikdə nəzarət etmək, uyğunsuzluqlar üçün alına biləcək tədbirlərin müəyyənləşdirilməsi üçün rəhbərə təkliflər vermək və qərar verilən icraları təqib etmək.  Təcrübə üçün hazırlanmış nümunənin yaxud şablonların quraşdırılmasında, sınağında və istismara təhvil verilməsində, həmçinin  konstruksiya olunan məmulatın təkmilləşmə, modernləşmə,vahid şəklə salınmasında iştirak edir. İş şəraiti: AR Əmək Məcəlləsinə əsasən sənədləşmə Nahar ilə təmin edilmə Yüksək əmək haqqı Yuxarıda qeyd edilən tələblərə uyğun namizətlər CV-lərini mövzu yerinə Metal konstruksiya üzrə keyfiyyət mühəndisi yazmaqla [email protected] elektron ünvanına göndərə bilərlər. [hidestr] Company: Xırdalan Metal Konstruksiya MMC Title: Metal konstruksiya üzrə keyfiyyət mühəndisi (QC) [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 29.03.2019
  • Bitmə tarixi : 28.04.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 51
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Xırdalan Metal Konstruksiya MMC
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az