Vəzifə: Aktuari İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə İş yeri: Bakı Namizədə dair tələblər: • Tətbiqi riyaziyyat, ehtimal nəzəriyyəsi və ekonometrika sahələri üzrə ali təhsil; • Azərbaycan və rus dilini mükəmməl bilməlidir, ingilis dili bilməsi arzuolunandır; • Müvafiq sahədə minumum 1 il iş təcrübəsi; • MS Office proqramları üzrə biliklər (Excel-yüksək səviyyədə); • Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti, Aktuari akkreditasiyası, risklərə nəzarət etmə və onları qiymətləndirmə bacarığı, məlumatı toplamaq və təhlil etmək bacarığı/ hesabatlıların və xüsusi hesabat cədvəllərinin tərtib və təhlil edilməsi; • Komandada işləmək bacarığı və məsuliyyətlilik. Vəzifə öhdəlikləri: • Sığorta məhsulları üzrə təqdim olunan sığorta risklərini təhlil etmək; • Müxtəlif məhsullar və müştəri portfelləri üzrə zərərliliyi və mənfəətliliyi hesablamaq; • Şirkətin sığorta ehtiyatlarının yaradılması üzrə fəaliyyəti icra etmək; • Daxili və xarici istifadəçilərə təqdim etmək üçün aktuariat fəaliyyətinə aid məlumat xarakterli hesabatları hazırlamaq; • Tələb olunan kapitalın məbləğinin, məcmu kapitalın məbləğini, sığortaçının öz vəsaitinin məbləğini və zərərlilik dərəcəsini hesablamaq. Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Aktuari) qeyd edərək, [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur. [hidestr] Company: Xalq Sigorta Title: Aktuari [/hidestr]