Mühasib
International Company

Iş haqqında

İnternational Company Vəzifə: Mühasib Əmək haqqı: 800-1100 AZN (iş təcrübəsindən asılı olaraq müsahibə zamanı müəyyən edilir) Əmək Məcəlləsinə uyğun işə qəbul İş vaxtı barədə müsahibə zamanı ətraflı məlumat veriləcək. Vəzifə öhdəlikləri: • Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatların (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirilməsi; • Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi; • BTP proqramında işləməklə vergi bəyannamələrinin göndərilməsi və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak edilməsi; • DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi; • Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi; • Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi; • Bank, kassa, əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi; • E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatların həyata keçirilməsi; • Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqlarının verilməsinə dair cədvəllərin hazırlanması; • Bütün növ məzuniyyət və ezamiyyələrin hesablanması; • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılması; • Mühasibat sənədlərinin saxlanılmasına nəzarət edilməsi, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirilməsi. Namizədə qarşı tələblər: • Təhsil: Ali təhsil (bank işi, maliyyə, mühasibat uçotu), magistr təhsili arzuolunandır; • Yaş həddi: 32-55; • Dil biliyi: Azərbaycan, Rus dilləri (əla səviyyədə) və İngilis dili arzuolunandır; • Mühasibatlıq və pərakəndə satış sahəsi üzrə minimum 5 il iş təcrübəsi (istehsal, ticarət); • MS Office (xüsusilə Excell), 1C (8.2 və 8.3), e-gov, e-taxes və digər portallardan istifadə etmək. Nəzəri və praktiki biliklər: • Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini, metodiki-normativ və başqa rəhbər materialları; • Müəssisə, idarə və təşkilatlarda mühasibat hesabının metod və formalarını; • Uçot və hesabatı; • Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini; • İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını; • Vergi və əmək qanunvericiliyinin əsasları. • Komanda ilə işləmə bacarığı; • Biznes etikası və biznes görünüşə sahib olmalıdır; • Təmkinlilik, etibarlılıq, özünə inam; • Aktiv, təşkilatçı, operativ çalışan, nizam-intizamlı; bacarıqlı; • Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməlidir; • Ezamiyyətlərə açıq olmalıdır. Yalnız tələblərə cavab verən CV-lərə baxılacaqdır. CV göndərərkən mövzu qismində "mühasib" başlığının yazılması mütləqdir! Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. [hidestr] Company: International Company Title: Mühasib [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 02.04.2019
  • Bitmə tarixi : 02.05.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 59
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : International Company
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az