Satış üzrə analitik
International Company

Iş haqqında

International Company Vəzifə: Satış üzrə analitik Əmək haqqı: 700-1100 AZN (iş təcrübəsindən asılı olaraq müsahibə zamanı müəyyən edilir) Əmək Məcəlləsinə uyğun işə qəbul İş vaxtı barədə müsahibə zamanı ətraflı məlumat veriləcək. Vəzifə öhdəlikləri: • Aylıq, illik satış və satınalma ilə bağlı analitik hesabatların hazırlanması və birbaşa rəhbərinə təqdim olunması; • Satış dinamikasının mütəmadi izlənməsi və analizlərin aparılması; qısa və uzun müddətli satış proqnozlarının hazırlanması və planlaşdırılması; • Satış analizi əsasında satınalma büdcəsinin və planının formalaşdırılması; • Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması; • Bazarın vəziyyətinin araşdırılması, məhsul və xidmətlərə olan tələb və təklifin daim öyrənilməsi; rəqabət mühitinin təhlil edilməsi; • Yerli və xarici tədarükçü şirkətlərdən satınalma qiymət təkliflərinin alınması və optimal təkliflərin müqayisəli şəkildə birbaşa rəhbərinə təqdim edilməsi; • Satınalma zamanı şirkətin daxili prosedurlarına uyğun olaraq analitik və əməliyyat hesabatları üçün müvafiq məlumatların vahid məlumat bazasına  daxil edilməsi; • Satınalmaların təşkili ilə bağlı tələb olunan sənədləşmə işlərinin aparılması və müvafiq qovluqlara yığılması; • Satınalma ilə bağlı təqdimat, müqavilə və s. sənədlərin hazırlanması. Namizədə qarşı tələblər: • Təhsil: İqtisadiyyat və biznesin idarə edilməsi üzrə ali təhsil (magistratura təhsili arzuolunandır); • İş təcrübəsi: 3-5 il müvafiq sahə və pərakəndə satış sahəsi üzrə təcrübə; • Yaş həddi: 27-40; • Dil biliyi: Azərbaycan, Rus, İngilis dili (əla səviyyədə); • Komputer biliyi: MS Windows, MS Office proqramları əla səviyyədə (Excel, Word, Outlook); • Üstünlüklər: MySQL, SQL, Power BI proqram təminatlarından hər hansı biri ilə iş təcrübəsi üstünlükdür. • Nəzəri biliklər: • Bazar iqtisadiyyatı, sahibkarlıq və biznesin təşkili qaydaları; • Bazarın analizi; • Bazarın inkişafının qanunauyğunluğu və məhsul tələbatının formalaşdırılması barədə baza biliklər; • Satış işinin təşkili və idarə edilməsi bacarığı; • Komanda ilə işləmə bacarığı; • Biznes etikası və biznes görünüşə sahib olmalıdır; • Təmkinlilik, etibarlılıq, özünə inam; • Aktiv, təşkilatçı, operativ çalışan, nizam-intizamlı; bacarıqlı; • Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməlidir; • Ezamiyyətlərə açıq olmalıdır. Yalnız tələblərə cavab verən CV-lərə baxılacaqdır. CV göndərərkən mövzu qismində "Satış üzrə analitik" başlığının yazılması mütləqdir! Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. [hidestr] Company: International Company Title: Satış üzrə analitik [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 02.04.2019
  • Bitmə tarixi : 02.05.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 52
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : International Company
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az