Memar (Layihə – Smeta qrupu)
SMTS MMC

Iş haqqında

Memar (Layihə –Smeta qrupu) Vəzifə öhdəlikləri: - Tikinti obyektlətrinin layihələndirilməsi, layihə sənədlərinin (cizgilər, iş həcmləri cədvəli, hesabatlar) hazırlanması. Layihə sənədlərini oxumaq, materialları analiz etmək və layihələrə tətbiq üçün uyğunluğu müəyyən etmək. - Sifarişçi tərəfindən təqdim olunmuş layihələri, təsdiq olunmuş qaydalara uyğun olaraq texniki dəqiqliyə görə yoxlayıb, spesifikasiyalara və müqavilə razılaşmalarına riayət olunmasını təmin etmək; - Mühəndis layihələrinin bir-biri ilə əlaqələndirmə, layihədə olan uyğunsuzluqları aradan qaldırmaq; - İşçi layihələrin hazırlanması, işçi layihələrinə dəyişikliklər etmək, layihələri dizayn etmək, planlaşdırmaq və həyata keçirmək; texniki əsaslandırılmış normaların tətbiq edilməsi; - İş prosesinə nəzarət etmək, xərcləri hesablamaq, razılaşdırılmış plan əsasında nəticələri dəyərləndirmək, təhlükəsizlik və keyfiyyət idarəetmə sistemlərini tətbiq etmək; - Razılaşdırılmış dəyişikliklər də daxil olmaqla nəticələri qeyd etmək və hesabat vermək; - Tikinti materialları, struktur, mexaniki və elektrik sistemi kodları və tətbiq üsulları biliklərinə malik olmalı; Layihələrin interyer işlənilməsi, işıqlandırma və digər müxtəlif daxili və xarici seçimləri təmin etmək. - Ərazi abadlıq və yaşıllaşdırma (landşaft) işlərinin işlənilməsi; - Verilən layihənin tikintidə (müəllif) nəzarətinin aparılması (daxili bölgülər) - Dövlət qrumları ilə razılaşmalar. - İnformasiya texnologiyalarına əsaslanan sənədləşmə, simulyasiya, məlumat bazası və s. aid qaydalara əməl etmək; - Əmək funksiyasını texniki standartlar və milli qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirmək; Namizədə olan tələblər: - Memarlıq ixtisası üzrə ali təhsil - Memar olaraq ən az 5 il (fasiləsiz) iş təcrübəsi olmalı (yüksək mərtəbəli binalarının tikintisində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək) - AutoCAD, ArchiCAD, 3D Max, Corel Draw, Microsoft Office proqramlarını bilməli (əlavə olaraq Revit proqramını bilən namizədlərə üstünlük veriləcək) - Azərbaycan, rus və ingilis dilləri əla səviyyədə bilməli - Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli - Komandada işləmək bacarığına sahib olmalı - İşgüzar ünsiyyət bacarığı Digər tələb və şərtlər: - Yaş həddi: 25-55 - Əmək haqqı 1500-2500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur) - İş rejimi: həftədə 5 gün, 09.00-dan 18.00-dək - Nahar şirkət tərəfindən verilir Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində [email protected] elektron ünvanına mövzu yerinə “Memar (Layihə –Smeta qrupu)” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. [hidestr] Company: SMTS MMC Title: Memar (Layihə – Smeta qrupu) [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 08.04.2019
  • Bitmə tarixi : 08.05.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 33
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : SMTS MMC
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az