MÜHASİB
"Modern Group of Companies" MMC

Iş haqqında

- Həyata keçirilən maliyyə-təsərrüfat əməliyyatlarının Azərbaycan Respublikasının maliyyə və digər qanunvericiliyinə uyğunluğunu təmin edir - Maliyyə hesabatlarını kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edir - Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu və təşkilatın ehtiyatlarına qənaətcil istifadəsinə nəzarəti və onun mülkiyyətinin qorunmasını təmin edir - Cəmiyyətin gəlir və xərclərinin uçotu, xərclər smetasının icrası, istehsalın realizasiyası, işlərin (xidmətlərin) icrası, təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin uçotunu həyata keçirir - İlkin sənədlər və mühasibat qeydləri əsasında Müəssisənin düzgün hesabatını tərtib edir, onun müəyyən olunmuş müddətdə hesabat istifadəçilərinə təqdimatını təmin edir - Cəmiyyətin ilkin və mühasibat sənədlərinin, hesablaşma və ödəmə öhdəliklərinin hazırlanması qaydalarını təmin edir - Pul vəsaitlərinin, mal-material sərvətlərinin, əsas fondların, hesablaşma və ödəmə öhdəliklərinin inventarlaşdırılmasında müəyyən olunmuş qaydalara və qanunvericiliyin tələblərinə əməl olunmasını təmin edir - İş qrafiki: 5 günlük (09:00-dan 18:00-dək) [b]Namizədə tələblər[/b] - Ali təhsil - Müvafiq sahədə minimum 3 il iş təcrübəsi - Vergi və əmək məcəlləsi üzrə biliklər - Excel; 1C proqramları ilə işləmək bacarığı - Mal-material, əsas vəsait, əmək haqqı uçotunu, bank-kassa əməliyyatlarını aparmaq bacarığı - Elektron vergi əməliyyatlarını (EQF, EHF, bəyannamə) icra etmək bacarığı - Detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemləri müstəqil həll edə bilmək bacarığı [hidestr] Company: "Modern Group of Companies" MMC Title: MÜHASİB [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 08.06.2019
  • Bitmə tarixi : 08.07.2019
  • Əlqədar şəxs : İnarə Vahidova
  • Təhsil : Ali
  • Yaş həddi : 25  − 45
  • Əmək haqqı : 700  − 900AZN
  • Kategoriya :
  • Baxış sayı : 54
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : "Modern Group of Companies" MMC
  • Ünvan : Ağsu
  • Telefon : (012) 564-21-21 (055) 254-23-13
  • Link :
  • Mənbə : boss.az