F&B menecer
Atmosphere Lounge & Restaurant

Iş haqqında

Atmosphere Lounge&Restaurant müxtəlif yaş qrupları üzrə əyləncəli zaman keçirə biləcəyiniz, yerli və dünya mətbəxinin ən ləziz təamları dadacağıniz məkanlardan biridir. Atmosphere Lounge&Restaurant ailəvi məkan olmaqla 21 otaqdan (kabinet) ibarətdir, onlardan 5 otaq banketlər (ad günü, nişan, korparativ tədbirlər və s.) üçün nəzərdə tutulub. Hər bir otaq öz maraqlı və qeyri-adi konseptilə fərqlənir. Hazırda  komandaya “F&B” menecer vakansiyası üzrə işçi axtarışındayıq. İşin təsviri: - Restoran, bar və banket xidmətinin səmərəli fəaliyyətinin planlaşdırılması və təşkili, tabeçiliyində olan personalın effektiv fəaliyyətinin təşkili və motivasiyasının təmin edilməsi; - Müştəri məmnuniyyətin saxlanması. Hər bir qonağa “fərdi yanaşma” prinsipi əsasında  yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək; - İşçi heyətinin şəxsi gigiyenasına, əməyinin mühafizəsinə və təhlükəsizliyinə nəzarət etmək; - Müəssisənin daxili siyasətinə uyğun olan hesabatlılığın təmin edilməsi - Kadr hazırlığı, komandada adaptasiyası; - Gündəlik işçi heyətə təlimlərin keçirilməsi - Effektiv təchizat zəncirinin idarə edilməsi; - Məqsədləri və tapşırıqları müəyyənləşdirmək, məsuliyyətin bölüşdürülməsini təmin etmək, ilkin və yekun nəticəni aidiyyatlı şəxslərə təqdim etmək; - Mətbəxlə koordinasiya etmək şərtilə Təchizat standartlarının bəlli edilməsi və yönləndirilməsi - Ərzaq və xammalın keyfiyyətini qorumaq, maddi qiymətlilərin qorunmasına və uyğun şəkildə saxlanmasına nəzarət etmək; - Təmizlik, təhlükəsizlik, xidmət funksiyalarının doğru yerinə yetirilməsi üçün qaydalar müəyyən etmək, onları prosedurlar halına gətirmək və icrasına nəzarət etmək - İşçi heyəti arasında rəqabətli mühit yaratmağı təmin etmək; - İşçi heyətin vəzifələri və vaxt qrafikini təşkil etmək və planlaşdırmaq; - Satışın və ödənişlərin qeydiyyatına nəzarət etmək; - Komanda üçün qaydalar, prosedurlar müəyyənləşdirmək və onların icrasına nəzarət etmək Tələblər: - Ali təhsil, otelçilik və ya xidmət sahəsində əlavə təhsil ; - Oteldə (F&B şöbəsində) və ya restoran biznesində 3 illik F&B menecer olaraq təcrübəsi; - Kabinet sistemində təcrübəsi olanlara üstünlük verilir - Əsas idarəetmə proseslərini başa düşmək; - Yetkinliklərin inkişafı: liderlik, təşəbbüs, rahatlıq və adaptasiya; - Dil bilikləri: Azərbaycan dili – sərbəst, ingilis dili və rus dili arzu olunan İş şəraiti: Əmək haqqı müsahibə zamanı müəyyən edilir (1500-2000 AZN, aylıq mənfəətdən %) Müəssə otaq (kabinet) sistemində ibarətdir CV-nizi (şəkil şərtdir) mövzü bölüdə “F&B Manager” qeyd edərək  [email protected] ünvanına göndərməyinizi xahiş edirik Yalnız tam şərtlərə uyğun olan namizədlərin CV-lərinə baxılacaq. [hidestr] Company: Atmosphere Lounge & Restaurant Title: F&B menecer [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 31.05.2019
  • Bitmə tarixi : 30.06.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 45
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Atmosphere Lounge & Restaurant
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az