Nəzarət şöbəsinin rəhbəri
Bank BTB

Iş haqqında

Bank “BTB” ASC Nəzarət şöbəsinin rəhbəri vəzifəsinə işə qəbul elan edir. Nəzarət şöbəsinin rəhbəri İş barədə məlumat: - Şöbəyə daxil olan bütün sənədlərin vaxtında icra olunmasını təmin edir. - Müştərilərlə aparılan bütün növ kassa-hesablaşma əməliyyatlarının düzgün aparılmasına nəzarəti həyata keçirir, onları yoxlayır və avtorizasiya edir. - Müştərilərə göstərilən bank xidmətləri üzrə komissiyaların mövcud tarif dərəcələrinə uyğun tutulmasına nəzarət edir. - Köçürmə əməliyyatları üzrə məlumatları yoxlayır və avtorizasiya edir. - Müştərilərin kredit dosyelərinin aparılması, sənədlərin bankdaxili qaydalara uyğun toplanması və hazırlanmasını təşkil edir. - Çirkli pulların yuyulmasına və FATCA üzrə nəzarəti həyata keçirir və hesabatları  hazırlayır. - Müştəri hesabları üzrə aparılan  bütün  əməliyyatların qanunvericiliyə və Bankın daxili qaydalarına uyğun aparılmasına nəzarət üçün tam məsuliyyət daşıyır. - Bankdaxili qaydaların tələblərinə uyğun olaraq, filialın Nəzarət şöbəsi  rəhbərinə aid digər vəzifələri həyata keçirir. Namizədə tələblər:  Ali iqtisadi təhsil,  bank sektorunda ən azı 3 il iş təcrübəsi,  liderlik bacarıqları;  MS office proqramında işləmək bacarığı, Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində 11 Iyul, 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Nəzarət şöbəsinin rəhbəri  göstərməyiniz xahiş olunur. [hidestr] Company: Bank BTB Title: Nəzarət şöbəsinin rəhbəri [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 04.06.2019
  • Bitmə tarixi : 04.07.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 38
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Bank BTB
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az