Satınalma üzrə mütəxəssis
Norm LLC

Iş haqqında

Norm Sement zavodu Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur. Hazırda şirkətimizə Satınalma üzrə mütəxəssis tələb olunur. Əsas vəzifə və öhdəliklər: - Satınalma və Logistika şöbəsinin fəaliyyətinin Vahid Idarəetmə Sistemi tələblərinə uyğunluğunun təmin edilməsi məqsədilə müvafiq işlərin həyata keçirilməsi - Təchizatçıların ilkin və təkrar qiymətləndirilmə proseslərinin aparılması, müvafiq hesabatların tərtib edilməsi - Quyu tamponaj sementinin istehsalı üçün tələb olunan APİ sertifikatının əldə edilməsi üçün Satınalma və Logistika şöbəsi tərəfindən tələb olunan məlumat və formaların hazırlanması, yoxlanılması və əlaqələndirilməsi - Satınalma proseduru, Tender, ASR və Anbar təlimatlarının müntəzəm olaraq təhlil və təftiş edilərək yenilənməsi - Kateqoriyanın İdarəolunması layihəsinə nəzarət və icra edilməsi - Təchizatçılarla Münasibətlərin İdarəolunması (SRM) layihəsinin həyata keçirilməsi - Satınalma üzrə tələb olunan hesabatların hazırlanması Tələblər: • İqtisadiyyat, idarəetmə və/yaxud maliyyə üzrə ali təhsil (Magistr dərəcəsi) • Əlaqədar sahədə 3 il iş təcrübəsi • Sərbəst  ingilis dili biliyi • MS office proqramlarından istifadə bacarığı • CİPS sertifikatı arzuolunandır Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur. Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır. Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 18/06/2019 [hidestr] Company: Norm LLC Title: Satınalma üzrə mütəxəssis [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 04.06.2019
  • Bitmə tarixi : 04.07.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 49
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Norm LLC
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az