Təchizat zənciri direktoru
Atena Group CSC

Iş haqqında

Vəzifə: Təchizat zənciri direktoru Vəzifə öhdəlikləri: - Satınalma, planlaşdırma, xammalın yığılması və nəzarətin icrası, ehtiyatların artırılmasına olan tələbatların proqnozlaşdırılması və hazır məhsulların anbarlara yığılması və alıcıya çatdırılması da daxil olmaqla bütün fəaliyyət sahələrini idarə etmək; - Ehtiyatların idarə olunmasına və Atena Şirkətinin ən yüksək məhsuldarlıqla işləməsinə zəmin yaradan idarəçilik üsullarını müəyyənləşdirmək; - Materialların idarə olunması üzrə yüksək səviyyəli komandanın yaradılmasında bütün vəzifələrə aid öhdəliklərin optimallaşdırılması üçün heyət strategiyası, siyasəti və prosedurlarını işləyib hazırlamaq; - Təchizat/alış ilə bağlı bütün normativ tələblərə və etik standartlara riayət olunmasını dəstəkləmək; - Keyfiyyətə nəzarət və təhlükəsizlik məsələlərinə ciddi diqqət yetirmək və proses boyu nəzarət etmək; - Təchizatçı proqrmalarını işləmək və daim təkmilləşdirmək; - Məhsul istehsalı ilə bağlı xammalın vaxtında əldə edilməsini təmin etmək üçün planlama proseslərində iştirak etmək; - Yeni ERP sisteminin tətbiqində iştirak etmək və  istifadəni optimallaşdırmaq; - Əsas müqavilələr üzrə danışıqlar aparmaq; - Departament üzrə büdcə hazırlamaq; - Korporativ məqsədlərə  uzlaşdırmaqla  departamentin illik məqsəd və vəzifələrini müəyyənləşdirmək - Hər zaman korporativ konfidensiallığa əməl etmək. Namizədə tələblər: Təcrübə: müvafiq sahə üzrə 10-15 illik qabaqcıl təcrübə, 5-10 illik idarəçilik təcrübəsi Məsuliyyətli, komandada  və stressli vəziyyətində işləməyi bacaran Təhsil: Bakalavr (magistr və ya MBA təhsili arzuolunandır). Müvafiq sahə ilə bağlı beynəlxalq sertifikatlar üstünlük sayılır. Yüksək analitik düşüncə, ünsiyyət bacarığı və  liderlik bacarığı,  cəld, qətiyyətli, strateji təfəkkürə sahib olmalı Dil biliyi: Rus dili və ingilis İş yeri: Əhməd Rəcəbli 25 D, Bakı İş şəraiti:  5 günlük iş qrafiki Nahar şirkət tərəfindən  verilir. Əmək haqqı: müsahibə əsasında Namizədlərdən  “mövzu başlığı”-na vakansiyanın adını qeyd edərək CV-lərini “[email protected]” ünvanına göndərməkləri xahiş olunur. [hidestr] Company: Atena Group CSC Title: Təchizat zənciri direktoru [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 07.06.2019
  • Bitmə tarixi : 07.07.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 50
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında