İT Dəstək Üzrə Mühəndis
PITS LLC

Iş haqqında

Vəzifə: İT Dəstək Üzrə Mühəndis Şirkət: PITS MMC Ölkə: Azərbaycan Ünvan: Salyan şosesi 32, Səbail rayonu, Bakı şəhəri Vəzifə öhdəlikləri:  İT dəstək üzrə “ServiceDesk”-ə göndərilən son istifadəçi sorğularını həll etmək;  Həll edilmiş sorğuların və həllərin qeydiyyatını aparmaq;  Aktiv sorğuları ən son məlumatlara uyğun və detallı şəkildə yeniləmək;  İT Dəstək üzrə daxil olan elektron məktubları nəzarətdə saxlamaq;   Şirkətin bütün məcburi qayda və proseduralarına riayət etmək;  Telefonlar da daxil olmaqla, istifadəçilərin cihazlarını quraşdırmaq, konfiqurasiya etmək və problemlərini həll etmək;  Proqram təminatının yüklənməsi, sazlanması və yarana biləcək problemlərin həlli;  LAN/ WAN qurğularının quraşdırılması (Şirkətin Telekommunikasiya komandasının rəhbərliyi ilə);  Şirkətin Telekommunikasiya Komandasının idarəçiliyi altında strukturlu  LAN kabelləşməni icra etmək;  İstifadəçilərə məxsus qurğuların şəbəkə sistemi ilə təmin olunması və əlaqəli problemlərin həlli;  Son istifadəçilərə İT üzrə ilkin təlimat vermək;  Təcili sorğuların mövcudluğu halında uyğun proseduralara (iş üzrə menecerə, İT dəstək & Müştərilərlə iş üzrə menecerə məruzə etmək) əsaslanmaq;  Avadanlıqların yerdəyişməsi/uyğun şəraitdə saxlanılması həyata keçirmək;  Yeni texnologiyaları öyrənmək üçün maraq və bacarıqları nümayiş etdirmək;  Avadanlıqların çatdırılması üzrə işləri koordinasiya etmək;  Şirkət personalının müraciətinə uyğun olaraq, Üçüncü tərəfin əraziyə/server otağına girişini müşayiət etmək;  Vaxtaşırı olaraq, iş ərazilərinin və Avadanlıqların saxlandığı anbarın yoxlanışını həyata keçirmək. Tələb olunan təcrübə: Tələb olunan sahə üzrə ən az 2 il təcrübə Bilik və Bacarıqlar:  Masaüstü və noutbuk kompüterlərlə, periferik və şəbəkə qurğularla ilə işləmə bacarığı;  Windows əməliyyat sistemlərində işləmə bacarığı;  Microsoft Office proqramından istifadə təcrübəsi;  Windows Server, Active Directory və Group Policy anlayışından tam xəbərdar olma;  Ethernet, İP və şəbəkə cihazlarının iş prinsiplər barədə məlumatlı olmaq;  Problemləri düzgün analiz edə bilmə bacarığı;  Azərbaycan dilində son istifadəçilərlə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qura bilmək bacarığı;  İngilis və rus dillərində texniki ifadələri anlama və texniki sənədlərlə işləmə bacarığı;  Komanda daxilində işləyə bilmək, işləri koordinasiya edə bilmə bacarığı. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İT Dəstək Üzrə Mühəndis” göstərməyiniz xahiş olunur. Digər mövzulu müraciətlərə baxılmayacaq. [hidestr] Company: PITS LLC Title: İT Dəstək Üzrə Mühəndis [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 07.06.2019
  • Bitmə tarixi : 07.07.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 39
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : PITS LLC
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az