Satış və layihələrin idarəolunması sektorunun baş mütəxəssisi
AzerGold CJSC

Iş haqqında

Şirkət haqqında: “AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir. Vakansiyanın adı: Satış və layihələrin idarəolunması sektorunun baş mütəxəssisi Əsas vəzifə və öhdəliklər: • Layihə planlama işlərinin həyata keçirilməsi; • Lahiyələrin inzibatçılığının xüsusi proqram təminatı vasitəsi ilə avtomatlaşdırılmasına rəhbərlik edilməsi; • Layihələrin büdcə və vaxt qrafiklərinin icra olunmasına nəzarət edilməsi; • Layihə üzrə aparılan işlərin Cəmiyyətin digər struktur bölmələri ilə koordinasiya edilməsi; • Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanması və təqdim edilməsi; • Maliyyə modellərinin hazırlanması və təhlili; • Mədən sənayesi sektorunun təhlil edilməsi, bazar riski və imkanlarının qiymətləndirilməsi; • Cəmiyyətə məxsus olan bütün məhsulların satışında iştirak, satışla bağlı zəruri işlərin həyata keçirilməsi. Tələb olunan bilik, bacarıq və səriştələr: • Analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi, komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf; • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar • Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik. Tələb olunan təhsil və iş təcrübəsi: • İqtisadiyyat, maliyyə, mühəndislik ixtisasları üzrə ali təhsil; • Minimum 3 il müvafiq sahədə iş təcrübəsi. Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Satış və layihələrin idarəolunması sektorunun baş mütəxəssisi" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq. [hidestr] Company: AzerGold CJSC Title: Satış və layihələrin idarəolunması sektorunun baş mütəxəssisi [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 10.06.2019
  • Bitmə tarixi : 10.07.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 36
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : AzerGold CJSC
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az