Operator (pompaçı)
Qara Çay Holdinq

Iş haqqında

"Qara Çay" Holdinq inşaat, kənd təsərrüfatı, otelçilik, atçılıq idmanı kimi sahələri, kənd təsərrüfatı və inşaat texnikalarının satış və icarəsini öz fəaliyyət dairəsində cəmləşdirən iri bir şirkətdir. Bir çox nazirlik və hökumət orqanları ilə əməkdaşlıq edən şirkət həm Bakıda, həm regionlarda, həm də bir sıra xarici ölkələrdə müxtəlif layihələrin müəllifidir. Hazırda “Qara Çay” holdinqin nəzdindəki Beton Zavoda Operator (pompaçı) tələb olunur. Vəzifə öhdəlikləri: - Cəmiyyətin məsul şəxslərinin göstərişi əsasında texnikanın (yer pompası) idarə edilməsi;  - Texnikadan istifadə zamanı irəli sürülən texniki tələblərə və təhlükəsizlik qaydalarına əməl edilməsi;  - Texnikanın təchizatı və baxımı ilə müntəzəm olaraq maraqlanılması və ortaya çıxan problemlərin məsul şəxslərə bildirilməsi; - Texnikanın daim hazır vəziyyətdə saxlanılması və yanacaqla təmin edilməsi;  - Texnikanın təmizliyinə, texniki baxışına daim nəzarət edilməsi;  - İdarə etmək üçün ona verilmiş texnikanın təyinatına uyğun və səliqəli istismar edilməsi; - İdarə etmək üçün ona verilmiş texnikadan öz şəxsi məqsədlərinə görə istifadə edilməməsi; - İş zamanı nasaz olduğu halda dərhal texnikanın istismarının dayandırılması və birbaşa rəhbərinə məlumat verilməsi. Namizədə qoyulan tələblər: Aidiyyatı sahə üzrə 3-5 il iş təcrübəsi; Nəqliyyat vasitəsini idarə etmə hüququ; Məsuliyyətlilik; Komandada işləmək bacarığına malik olmaq. Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd edərək [email protected] elektron ünvanına göndərməlidirlər. [hidestr] Company: Qara Çay Holdinq Title: Operator (pompaçı) [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 11.06.2019
  • Bitmə tarixi : 11.07.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 52
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Qara Çay Holdinq
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az