Satış Təmsilçisi
Evimiz

Iş haqqında

Evimiz Mağazası Satış Təmsilçisi Öhdəliklər: • Müştəriləri qarşılamaq və onlara müvafiq köməklik göstərmək; • Müştəriləri stendlərə və ya rəflərə kimi müşayiət etmək və məhsulları təqdim etmək; • Məhsullar haqqında məlumat verərək müştərilərə məsləhətlər vermək; • Müştərilərin etimadını qazanmaq üçün onlara məhsullar təklif etmək və fikirləri bölüşmək; • Müştərilərə yüksək səviyyədə xidmət olunması, Kateqoriya meneceri, Satış və Marketing Meneceri tərəfindən keçirilən təlimlərdə iştirak etmək və satış texnikalarından istifadə etmək; • Məhsulların mövcudluğu barədə məlumatlı olmaq; • Həftəlik, aylıq və rüblük satış kvotasını doldurmaq; • Məhsulların satışı barədə məlumatlı olmaq və müştərilərlə yaranan problemləri araşdırmaq; • Ehtiyac olarsa komandanın digər üzvlərinə əməliyyatlarla bağlı köməklik göstərmək; • Kateqoriyalar üzrə məhsulların satış trendlərinin analizində Kateqoriya Menecerinə kömək etmək; • Vizual Reklam üzrə mütəxəssisə məhsulların müvafiq kateqoriyalar üzrə yerləşdirilməsində kömək etmək; • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. Tələblər: • Satış sahəsi üzrə 2-3 il iş təcrübəsi; • Yüksək ünsiyyət qurma qabiliyyəti və inandırma bacarığı; • Aktiv, ünsiyyətcil və məsuliyyətli olmalı; • Dil bilikləri: Azərbaycan və Rus. Yuxarıda qeyd edilən tələblərə uyğun olan namizədlər link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər https://careers.gilanholding.com/v/4320 [hidestr] Company: Evimiz Title: Satış Təmsilçisi [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 11.06.2019
  • Bitmə tarixi : 11.07.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 47
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Evimiz
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az