İşə qəbul üzrə baş mütəxəssis
Mətanət A

Iş haqqında

İşə qəbul üzrə baş mütəxəssis Vəzifə öhdəlikləri:  Namizədlərin cəlb edilməsi məqsədi ilə bütün şöbələrlə sıx işləyərək, işə qəbul və seçim prosesinin effektiv aparılması;  Şirkətin işə qəbul siyasətinə uyğun olaraq, işə qəbul prosesinin aparılması;  Zərurət olduqda, şöbə müdirlərinə işə qəbul prosesi ilə bağlı tövsiyyələr vermək;  İşçi tələbnamələrinə uyğun olaraq iş elanlarının yerləşdirilməsi;  Şirkətin əməkdaşlıq etdiyi işə düzəltmə agentliklərinin işlərini koordinasiya etmək  Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi;  Uğurlu namizədlər haqqında əvvəlki və ya indiki işə götürənlərindən rəylər almaq;  Vəzifədən irəli gələn inzibati öhdəliklər – iş təkliflərinin hazırlanması, tələb olunansənədlərin qəbulu və s.  İşçi işə başlayarkən görülən işlərin koordinasiyası;  İşə qəbul prosesinə aid mövcud qanunvericilik biliklərinin daim təkmilləşdirilməsi;  Rəhbərliyin işə qəbulla bağlı bilik və bacarıqlarının artırılması məqsədi ilə öz tövsiyyələrini vermək və şirkətin işə qəbul prosedurları ilə bağlı işçiləri bilgiləndirmək;  Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər. Əmək haqqı:  Razılaşma yolu ilə. İş şəraiti:  İş saatı: 09-00-dan 18-00-dək;  İstirahət: Şənbə və bazar günü. Tələblər:  İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi(Vəzifə üzrə minimum 2 il iş təcrübəsi arzu olunandır(  Ali təhsil. Oxşar ixtisas üzrə bakalavr dərəcəsi arzu olunandır;  AR-nın Əmək Məcəlləsinin işə qəbul sahəsinə aid maddələri haqqında məlumatlı olmaq;  Mülki tikinti sahəsinə aid vəzifə və peşələr haqqında bilgilərin olması arzuolunandır;  Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı, Rus dili – arzuolunandır;  Kompüter bacarıqları: MS Office proqramları;  Yüksək ünsiyyət və komandada işləmək bacarığı. Qeyd:  CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərin. [hidestr] Company: Mətanət A Title: İşə qəbul üzrə baş mütəxəssis [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 12.06.2019
  • Bitmə tarixi : 12.07.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 31
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Mətanət A
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az