Hüquqşünas (Junior Associate)
Altay Mustafayev Law & Tax

Iş haqqında

“Altay Mustafayev Law & Tax” MMC hüquq şirkəti Hüquqşünas (Junior Associate) vakansiyası üzrə müraciətlərin qəbulunu elan edir. Haqqımızda “Altay Mustafayev Law & Tax” əsasən xarici və yerli hüquqi şəxslərə geniş çeşidli hüquq və vergi xidmətləri göstərən müstəqil hüquq şirkətidir.  Hüquq şirkəti qabaqcıl beynəlxalq hüquqi şirkətlərinin reytinqini dərc edən Legal500 və İFLR1000 tərəfindən yüksək reytinqləri qazanmışdır. Şirkətin ofisi Bakı şəhəri, Hyatt Tower 2, Izmir küçəsi 8-də yerləşir.  İş qrafiki həftənin 5 günü saat 9.00-dan 18.00-dək (1 saatlıq nahar fasiləsi nəzərə alınmaqla).  Şənbə və bazar günləri, habelə Əmək Məcəlləsinə əsasən qeyri-iş günləri hesab olunan günlər istirahət günləri hesab olunur.  Müraciətlərə baxılması və əmək fəaliyyəti zamanı yaş, cins və əmək funksiyalarının yerinə yetirilməsinə təsir etməyən sair xüsusiyyətlərə görə ayrı-seçkiliyə yol verilmir. İş öhdəlikləri: • Hüquqi sənədlərin, o cümlədən müqavilə, hüquqi rəy və memorandumların tərtibi; • Hüquqi tədqiqat; • Müştərilərin müxtəlif dövlət orqanlarında təmsil edilməsi; • Hüquqi şəxslərin dövlət qeydiyyatı, habelə lisenziya və icazələrin alınması üzrə hüquqi dəstək; • Əmək və miqrasiya sahəsində hüquqi dəstək; • Hüquqi sənədlərin tərcüməsi; • Şirkətin fəaliyyəti üzrə müştərilərə digər hüquqi xidmətlərin göstərilməsi. Əsas Tələblər: • Hüquq üzrə bakalavr dərəcəsi; • Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazmaq; • Korporativ, kommersiya, mülki, vergi və əmək hüququ sahəsində baza bilikləri; • Effektiv hüquqi yazı vərdişi; • MS Office proqramlarında işləmək bacarığı; • Dürüstlük, dəqiqlik, intizamlılıq, effektiv ünsiyyət bacarığı, problem həll etmə qabiliyyəti, çeviklik və yaradıcılıq.  Üstünlük Verilir: • Rus dilində danışmaq və yazmaq qabiliyyəti. Maraqlanan namizədlər öz CV-lərini (Azərbaycan və ya ingilis dilində) 23 iyun 2019-cu il tarixinədək [email protected] electron poçt ünvanına göndərə bilərlər.  Elektron poçt məktubunun “Subject” hissəsində “Junior Associate” sözünün və CV mətnində gözlənilən əmək haqqının məbləğinin qeyd olunması xahiş olunur.  Növbəti mərhələyə keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.  30 iyun 2019-cu il tairxinə qədər müsahibəyə dəvət edilməyən namizədlər növbəti vakansiyalar üçün nəzərdən keçirilə bilərlər. [hidestr] Company: Altay Mustafayev Law & Tax Title: Hüquqşünas (Junior Associate) [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 12.06.2019
  • Bitmə tarixi : 12.07.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 54
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Altay Mustafayev Law & Tax
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az