Risklərin idarəolunması üzrə baş mütəxəssis
PAŞA Sığorta

Iş haqqında

“PAŞA Sığorta” ASC namizədləri “Risklərin idarəolunması üzrə baş mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Vəzifə və Öhdəliklər: - Şirkətin fəaliyyətinin risk limitlərinə uyğunluğunun təhlilini aparır və yayınmalar barədə məlumat verir; - Daxili qaydalara əsasən risklərin dəyərləndirilməsi və cavab strategiyasının seçilməsi prosesini icra edir; - Mövcud nəzarət mexanizmlərinin effektivliyinin qiymətləndirilməsi üçün periodik təhlillər aparır, aşkarlanan uyğunsuzluqların aradan qaldırılması üçün təkliflərlə çıxış edir; - İnsidentlərin və dəyişiklik sorğularının idarəolunması prosesinə nəzarəti həyata keçirir; - Müstəqil araşdırmalar aparır və nəticələri ilə bağlı hesabatlar hazırlayır; - İstiqaməti üzrə daxili qayda və prosedurları formalaşdırır və yeniləyir; - İstiqaməti üzrə daxili təlimlərin keçirilməsində iştirak edir. Bilik və bacarıqlar: - Biznesin idarəolunması, iqtisadiyyat, mühasibatlıq, maliyyə, riyaziyyat istiqaməti üzrə ali təhsil; - 3 il risklərin idarəolunması, audit, daxili nəzarət sahəsində iş təcrübəsi; - MS Excel, Visio üzrə peşəkar səviyyədə biliklər; - Azərbaycan və ingilis dillərinin sərbəst istifadə etmək bacarığı, rus dilinin işlək səviyyədə olması; - CIA və ya ARM imtahanlarında uğurlu nəticə göstərmiş namizədlərə üstünlük verilir; - Güclü analitik təfəkkür; - Danışıqların aparılması/ünsiyyət qurma bacarığı; - Problemlərin effektiv həll edilməsi bacarığı; - Stressə davamlılıq. Son müraciət tarixi: 30 iyun, 2019. Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. [hidestr] Company: PAŞA Sığorta Title: Risklərin idarəolunması üzrə baş mütəxəssis [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 14.06.2019
  • Bitmə tarixi : 14.07.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 47
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : PAŞA Sığorta
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az