Planlama Mühəndisi (Tikinti qurlaşdırma işləri üzrə)
SMTS MMC

Iş haqqında

Planlama Mühəndisi (Tikinti qurlaşdırma işləri üzrə) Vəzifə öhdəlikləri: 1. Planlama mühəndisi bir başa Satınalma və planlama menecerinə tabedir. 2. Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması; 3. Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb Baş Layihə Rəhbərinə ötürülməsi; 4. Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması və MS Project proqramına daxil edilməsi və yenilənməsi; 5. Həftəlik inkişaf proqramı üzrə planlama iclaslarında iştirak etmək; 6. Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi; 7. Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirə aparmaq; 8. Gecikən işlərin yenidən planlanması; 9. Subpodratçıların apardığı işlərin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət; 10. Müqavilə paketlərinə görə aralıq ödəmə sertifikatlarının hazırlanması; 11. Gördüyümüz işlərə dəyən ziyanın müəyyən edilməsi və tələbnamənin hazırlanması. Namizədə olan tələblər: • İnşaat və ya layihə idarəetmə üzrə ali təhsil • Planlama Mühəndisi (Tikinti qurlaşdırma işləri üzrə) olaraq inşaat sektorunda ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı • Azərbaycan, Rus və İngilis dilləri əla səviyyədə bilməli • MS Office, Primavera P6, MS Project 2010 • Problem həll etmə, analitik düşünmə qabiliyyəti • İşgüzar ünsiyyət bacarığı Digər tələb və şərtlər: - Yaş həddi: 25-40 - Əmək haqqı 1000-2000 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur) - İş rejimi: həftədə 5 gün, 09.00-dan 18.00-dək - Nahar şirkət tərəfindən verilir Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində [email protected] elektron ünvanına mövzu yerinə “Planlama Mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. [hidestr] Company: SMTS MMC Title: Planlama Mühəndisi (Tikinti qurlaşdırma işləri üzrə) [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 19.06.2019
  • Bitmə tarixi : 19.07.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 51
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : SMTS MMC
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az