Qəbul şöbəsinin əməkdaşı
METAK

Iş haqqında

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti ayaqaltıları və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq yüksək keyfiyyətli polipropilendən hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 800 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur. Qəbul şöbəsinin əməkdaşı İşin təsviri: • Zəngləri qəbul etmək və onları yönləndirmək; • Şirkət qonaqlarını qarşılamaq və onların qeydiyyatını aparmaq ; • Xarici qonaqların hava limanında qarşılanmasını təşkil etmək; • İclas və görüşlərin planlaşdırılmasında köməklik göstərmək; • Şirkətə aid məlumatların, qeydiyyat sənədlərinin və faylların məxfiliyini qorumaq; • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək. Tələblər: • Ali təhsil; • Azərbaycan və rus dillərini bilmək mütləqdir, ingilis dili arzuolunandır; • MS Office proqramları üzrə biliklər; • Yaş həddi: 22 – 33 yaş; • Dəqiq və sürətli işləmək bacarığı. Əlavə şərtlər: • Əmək haqqı danışıq əsasında müəyyən olunur; • 5 günlük iş həftəsi; • Nahar şirkət tərəfindən verilir; • Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir. Maraqlananlar CV-lərini https://www.metak.az/resume/resume.php?vid=136 və ya [email protected] ünvanına göndərərək, 18.07.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər. Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar. [hidestr] Company: METAK Title: Qəbul şöbəsinin əməkdaşı [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 18.06.2019
  • Bitmə tarixi : 18.07.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 43
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : METAK
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az