Xərclər üzrə mütəxəssis (Cost Controller )
Midtown Hotel

Iş haqqında

Şəhərin mərkəzində yerləşən 4 ulduzlu “Midtown Hotel Baku”, biznes otelinə Xərclər üzrə mütəxəssis (Cost Controller ) vəzifəsinə TƏCİLİ işçi tələb olunur. Vəzifə öhdəlikləri: * Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi; * Məhsulun maya dəyəri üzrə iqtisadi cəhətdən əsaslandırılmış hesabatının tərtibi; * Qiymət məlumat bazasının hazırlanması və qiymət formalaşması prosesində aktiv iştirak; * Aylıq və illik istehsalat nəticələrinin təhlili, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlaşdırılan istehsal normalarından kənarlaşmaların araşdırılması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi; * Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunun aparılması; * Faktiki çəkilmiş xərclərin təhlili və xərc növləri üzrə mütəmadi hesabatların hazırlanması; * Şirkətin daxili qaydalarına uyğun olaraq bütün departamentlərin xərclərinə nəzarət; * Anbar sənədlərinin işlənməsi və aparılan əməliyyatların sistemə düzgün daxil edilməsinə nəzarət; * Mövcud olan bütün anbarların qalıqlarının şıxarılması və mühasibat sistemində olan qalıqlarla üzləşdirilməsi; * Gündəlik və aylıq istehsalat, anbar qalığını əks etdirən hesabatların hazırlanması; * Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası. Təhsil/Təcrübə: • Ali təhsil; • Analoji sahədə ən azı 3 il iş təcrübəsi (Otel sahəsində iş təcrübəsinə üstünlük verilıir); • İngilis dili arzu olunandır; • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək, Elektra proqramını bilənlərə üstünlük verilir; • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq; • Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır. Əlavə məlumatlar: • Əmək haqqı razılaşma əsasında; • Şirkət tərəfindən naharla, uniformayla ilə təmin edilmə; • İş qrafiki:  Bazar ertəsi – Cümə:  9:00  - 18:00, Şənbə : 10.00  – 14.00 • İş yeri Bakı şəhəri, 28 may metrosunun yaxınlığında yerləşir. • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Xərclər üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır. [hidestr] Company: Midtown Hotel Title: Xərclər üzrə mütəxəssis (Cost Controller ) [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 25.06.2019
  • Bitmə tarixi : 25.07.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 54
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Midtown Hotel
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az