Kran maşinisti
Sumgait Technologies Park LLC

Iş haqqında

Vəzifənin adı: Kran maşinisti Vəzifə öhdəlikləri: • İstehsalat proseslərini təmin etmək üçün müxtəlif yüktutma vasitələri ilə təmin olunmuş körpülü kranları idarə edir;     • Sexlərdə işin xarakterinə uyğun olaraq verilən tapşırıqları yerinə yetirir; • Kranın yükqaldırma vasitələrinin, əyləc sisteminin, təhlükəsizlik cihazlarının və qurğularının vəziyyətini yoxlayır; • Kranda aşkar olunmuş nöqsanların aradan qaldırılmasında iştirak edir; • İşdən əvvəl kranın bütün mexanizmlərini və təhlükəsizlik cihazlarını yoxlayır; • İşin sonunda iş yerini səliqəyə salır və yeni növbəni sahədə baş verənlərlə tanış edir; • Avadanlıqlarda nizamlama və təmir işlərində iştirak edir; • İş zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl edir; • Texnoloji rejim normalarına,texnoloji reqlament və istehsalat təlimatlarına ciddi riayət etməli; • Sex və növbə rəisinin istehsalata aid bütün göstərişlərini yerinə yetirməli; • İstehsal olunmuş məhsulun təhlükəsiz daşınmasını və səliqəli yığılmasını yerinə yetirməli. Təhsil/Təcrübə:  • Orta texniki təhsil; • Analoji sahədə 3 il iş təcrübəsi; • Kran maşinisti sertifikatı mütləqdir; • Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti; Əlavə məlumatlar:  • Əmək haqqı razılaşma əsasında; • Şirkət tərəfindən naharla və nəqliyyat ilə təmin edilmə; • İş qrafiki: Növbəli; • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir. • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Kran maşinisti” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır. [hidestr] Company: Sumgait Technologies Park LLC Title: Kran maşinisti [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 27.06.2019
  • Bitmə tarixi : 27.07.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 70
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Sumgait Technologies Park LLC
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az