Aparıcı Hüquq məsləhətçisi
Norm LLC

Iş haqqında

Norm Sement zavodu Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur. Hazırda şirkətimizə Aparıcı Hüquq məsləhətçisi tələb olunur. Əsas vəzifə və öhdəliklər: - Sazişlər/müahidələr/müqavilələr, düzəlişlər, dəyişikliklər, anlaşmalar və hüquqi güvvəyə malik və Şirkət üçün hüquq öhdəliklərini yaradan, dəyişən və/və ya ləğv edən digər sənədlərin hazırlanması, o cümlədən verilən tapşırıqlara müvafiq olaraq hüquqi məsələlərlə bağlı danışıqlarda iştirak etmək; - Kontr-aqentlərin qarşısında (o cümlədən müvafiq razılaşmalarda və müxtəlif sənədlərin tərtibi edilməsində) Şirkətin hüquqlarının və maraqlarının qorunması; - Müqavilə sənədlərinin, normativ hüquqi aktların və digər sənədlərin icrası ilə əlaqədar Şirkətin rəhbərliyinə və digər işçilərinə məsləhət və tövsiyələrin verilməsi və yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi; - Mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından Şirkətin fəaliyyətinə hüquqi nəzarətin həyata keçirilməsi; - Şirkətin təsisiçilərinin və Direktorlar Şurasının qərarların və protokolların hazırlanması, saxlanması və icrasına nəzarət edilməsi; - Şirkəti məhkəmə orqanlarında təmsil edilməsi, orada Şirkətin hüquq və maraqlarını müdafiə edilməsi bununla bağlı bütün zəruri hərəkətləri Şirkətin adından həyata keçirilməsi; - Qanunvericilikdəki dəyişiklərin yaxından izlənməsi və qəbul olunan dəyişikliklərlə bağlı Şirkətə müvafiq tövsiyyələrin verilməsi; - Dövlət qurumları və təşkilatları ilə əlaqələrin yaradılması və dəstəklənməsi; Tələblər: • Hüquq üzrə ali magistr təhsili (Xaricdə təhsil üstünlük verilir) • Əlaqədar sahədə 5 il iş təcrübəsi • Sərbəst  ingilis dili biliyi • MS office (Word, Excel,Powerpoint,Outlook) proqramlarından istifadə bacarığı Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur. Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır. Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 10/07/2019 [hidestr] Company: Norm LLC Title: Aparıcı Hüquq məsləhətçisi [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 28.06.2019
  • Bitmə tarixi : 28.07.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 65
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Norm LLC
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az