Sənədlərə nəzarət üzrə mütəxəssis
SMTS MMC

Iş haqqında

Sənədlərə nəzarət üzrə mütəxəssis Tələb olunan iş Bacarığı: - Müəssisədə sənədlərin düzgün idarə edilməsinin təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyəti üzrə bölüşdürmək; - Elektron sənəd dövriyyəsi sisteminin effektiv istifadəsini təşkil etmək və onun təkmilləşdirilməsi üzrə təkliflər vermək; - Sifarişçi ilə Podratçı şirkət arasında sistemli olaraq sənəd mübadiləsinin yerinə yetirilməsi, idarə və nəzarət olunması; - Sifarişçi ilə mütəmadi ünsiyyət təşkil edərək Sənədlərin Sifarişçinin keyfiyyət tələblərinə uyğun olaraq hazırlanması təmin etmək; - Layihə prosedurlarına uyğun olaraq Sənədlərin idarə olunması sistemi üçün sistem administratoru kimi çıxış edir - Bütün sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların dəqiq və mövcud tarixə uyğun şəkildə sıralanmasının təmin edilməsi, dövriyyədə olan sənədlər barədə məlumatların müvafiq qaydada ötürülməsi və qəbul edilməsi; - Sifarişçi və subpodratçılar daxil olmaqla bütün müvafiq tərəflərdən və tərəflərə sənəd axınının qeydiyyatını və nəzarətinin təşkili; - Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, pozuntu halları barədə rəhbərliyi məlumatlandırmaq; - Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə. Tələb olunan təhsil və biliklər: - Ali texniki təhsil - Sənədlərə Nəzarət standartları üzrə müvafiq bilikləri olmalı; - Sənədlərə nəzarət üzrə mütəxəssis olaraq inşaat sektorunda ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı; - Azərbaycan və İngilis dilləri əla səviyyədə bilməli; - Microsoft Office proqramlarını əla səviyyədə bilməli; - Komandada işləmək bacarığına sahib olmalı; - Yüksək ünsiyyət və analitik düşünmə bacarığı. Digər tələb və şərtlər: - Yaş həddi: 25-40 - Əmək haqqı 1000-1500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.) - İş rejimi: həftədə 5 gün, 09.00-dan 18.00-dək - Nahar şirkət tərəfindən verilir Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) [email protected] elektron ünvanına mövzu yerinə “Sənədlərə nəzarət üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. [hidestr] Company: SMTS MMC Title: Sənədlərə nəzarət üzrə mütəxəssis [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 01.07.2019
  • Bitmə tarixi : 31.07.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 65
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : SMTS MMC
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az