Mühasib
Corn Processing Company (PMD Group)

Iş haqqında

www.cpccom.az “PMD Group” MMC şirkətlər qrupunun “İstehlak Mallarının İstehsalı və Kənd Təsərrüfatı” portfelinə (FMCG&Agriculture) daxil olan "CPC" MMC (Corn Processing Company) ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş sənaye üsulu ilə hazırlanan şəkər əvəzedici məmulatlarının istehsalı sahəsində cənubi Qafqazda yeganə müəssisədir. "CPC" MMC - də istehsalat tam avtomatlaşdırılıb və ən yüksək gigiyenik, həmçinin qida təhlükəsizliyi standartlarına cavab verir. MÜHASİB İş yeri: BEGOC Biznes Mərkəzi (Zərifə Əliyeva 41, AZ1000) İş vaxtı: I - V günlər 09:00 - 18:00 Əmək haqqı: 1000 AZN- dən (net) başlayaraq (namizəddən asılı olaraq dəyişir) Tabeçilik: Baş mühasib İŞİN TƏSVİRİ − Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir ; − Vergi , Statistika, digər büdcə  ilə hesablaşmalar və hesabatlılığın təşkilində yaxından iştirak edir, − Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir ; − Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlayır; − Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı Bank və Kassa əməliyyatlarının icrasını və mühasibat hesabında əks etdirilməsini təşkil edir; − Pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak edir ; − Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirir ; − Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində iştirak edir ; − Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir. NAMİZƏDƏ DAİR TƏLƏBLƏR − Ali təhsil; (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək) − Vergi qanunvericiliyi, Mühasibat uçotunun yeni hesablar planı, Milli və Beynəlxalq mühasibat uçotu standartlarından məlumatlı olmaq; − 1C Proqramında (8.2 ; 8.3) , Excell proqramında yüksək səviyyədə işləmə bacarığı; − Müvafiq sahədə minimum 2 (iki) il iş təcrübəsi; − Ehtiyac yarandığı təqdirdə regionlara ezamiyyətə getmə imkanı; Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini 21.07.2019 - ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq) [hidestr] Company: Corn Processing Company (PMD Group) Title: Mühasib [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 01.07.2019
  • Bitmə tarixi : 31.07.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 91
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Corn Processing Company (PMD Group)
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az