Hüquq departamentinin hüquqşünası
Nikoil Bank

Iş haqqında

Hüquq departamentinin hüquqşünası Tələblər •  Hüquq üzrə ali təhsil; •  Azərbaycan və rus dillərində danışmaq və yazmaq (ingilis dili biliyi arzuolunandır); •  Korporativ, kommersiya, mülki, vergi və əmək hüququ sahəsində baza bilikləri; •  MS Office proqramlarında işləmək bacarığı; •  Dürüstlük, dəqiqlik, intizamlılıq, effektiv ünsiyyət bacarığı, problem həll etmə qabiliyyəti, çeviklik və yaradıcılıq. Öhdəliklər : • Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirtmək; • Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirtmək və rəy vermək; • Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək; • Bank daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək; • Bankın maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək; • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanmasında iştirak etmək; • Korporativ hüquqi layihələrin hazırlanmasına dair təkliflər vermək və prossesdə iştirak etmək; • Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyatı struktur bölmələrlə razılaşdırmaq; • Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata keçirmək, onların  müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək; CV-lərinizi mövzu sətrində vakansiyanın adını (Hüquq departamentinin hüquqşünası) qeyd edərək,  [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. [hidestr] Company: Nikoil Bank Title: Hüquq departamentinin hüquqşünası [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 02.07.2019
  • Bitmə tarixi : 01.08.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 70
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Nikoil Bank
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az