Təchizatçı
Kontinent İnşaat MMC

Iş haqqında

Təchizatçı Funksiyaları  Yeni alınmış tikinti materiallarının, avadanlıqların qəbulu üzrə aktların tərtibat və rəsmiləşdirilməsini yerinə yetirir. Tikinti materialların, avadanlıqların qəzaya uğramasının və sınmasının araşdırılmasında və bu barədə aktların tərtib edilməsində iştirak edir.  Tikinti materiallarının, avadanlıqların qəza vəziyyətinə düşməsi və sınması-üzrə təhlil aparır və nəzarət edir, onların nəticələrinin aradan götürmək üçün təkliflər işləyib hazırlayır.  Tikinti materiallarına, avadanlıqlara olan tələbatı əsaslandırmaq və onların alınması üçün sifarişləri tərtib etmək məqsədləri ilə, müvafiq hesablama materiallarını hazırlayır.  Daxil olan materialların, avadanlıqların bölmələr, layihələr üzrə paylanmasında iştirak edir.  Artıq və istifadə olmayan avadanlıq, mexanizm və aqreqatları aşkar edir.  İstifadəsiz qalan materialları, avadanlıqları təşkilatın daxilində yenidən payşdırılmasını və ya kənar təşkilatlara realizasiya olunmasını təmin edir.  Mal göndərən təşkilatlardan daxil olan materialların, avadanlıqların yükləmə, gətirilmə və boşaldılmasını təşkil edir.  Material və avadanlıqlar üzrə hesabatın vaxtlı-vaxtında və keyfiyyətli tərtibatını təmin edir. Vəzifəyə olan tələblər  Təhsil: Ali təhsil.  Təcrübə: müvafiq sahə üzrə 5 ildən və tikinti sahəsində 2 ildən az olmayaraq iş stajı  Kompyuter biliyi: Word, Excel və İnternetdə işləmə bacarığı.  İdarəetmə və qərar qəbul etmə qabiliyyəti.  Vaxtın düzgün idarə edilməsi qabiliyyəti.  Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti.  Azərbaycan və ingilis dillərində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti. Digər şərtlər  Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir;  Əmək fəaliyyəti prosesində müəssisənin struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir; Bilməlidir  Tikinti istehsalatının texnologiyasının əsaslarını;  Təmir xidmətinin təşkilini;  Avadanlıqların işləməsinin və təmir işlərinin icrasının planlaşdırılmasının metod və qaydalarını;  Texnoloji avadanlıqların plan-xəbərdaredici təmir və səmərəli istismarının vahid sistemini;  Avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konsruktiv xüsusiyyətini, iş rejimi və Təyinatını, onun istismar qaydalarını;  Avadanlıqların istismar, təmir və moderinləşdirilməsinə əməyin elmi təşkilinə qoyulan tələbləri;  İqtisadiyyatın, istehsalatın təşkilinin, əməyin və idarəetmənin əsaslarını əmək qanunvericiliyinin əsaslarını;  Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalar. E - mail : [email protected] [hidestr] Company: Kontinent İnşaat MMC Title: Təchizatçı [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 08.08.2019
  • Bitmə tarixi : 07.09.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 57
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Kontinent İnşaat MMC
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az