SƏTƏM MÜHƏNDİSİ
"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin törəmə müəssisəsi

Iş haqqında

- Yerli qanunvericiliyin tələbinə uyğun olaraq təlimatların hazırlanması və keçirilməsi - Ekoloji və digər normativ sənədlərin hazırlanması və hesabatların verilməsi - İstehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlərin hazırlanması - İş yerlərində proses və avadanlıqlarla əlaqədar təhlükələri müəyyən etmək, riskləri qiymətləndirmək, zəruri nəzarət tədbirlərinin həyata keçirilməsində köməklik və iştirak etmək - Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə prosedur və təlimatların işlənib hazırlanması və eləcə də tətbiq edilməsi - Daxili auditlərin təşkili və həyata keçirilməsi - Gündəlik sahə yoxlamalarının aparılması və yoxlamalar nəticəsində aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması - Yeni işə qəbul olunanlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrə əməyin mühafizəsi üzrə giriş təlimatlarının keçirilməsi - Fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsini, avadanlıqların, mühafizə vasitələrinin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsini, qoruyucu və mühafizə vasitələrinin vəziyyətini, xüsusi geyimlərin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasını və verilməsini nəzarətdə saxlamaq - Əməyin mühafizəsi üzrə tətbiq edilən yeni qanunvericilik və digər normativ hüquqi aktları işçilərin nəzərinə çatdırmaq və əməyin mühafizəsi üzrə biliklərini yoxlamaq - İSO 14001 və İSO 45001 üzrə standartlarının tələblərini təmin etmək - Həftənin 5 günü, saat 09:00-dan 18:00-dək iş günü [b]Namizədə tələblər[/b] - Ali texniki təhsil - Müvafiq sahə üzrə 3 il iş təcrübəsi (istehsalat təcrübəsi arzuolunandır) - Dil bilikləri: Azərbaycan dili (Rus və İngilis dilləri arzuolunandır) - MS office proqramlarını yaxşı səviyyədə bilmək [hidestr] Company: "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin törəmə müəssisəsi Title: SƏTƏM MÜHƏNDİSİ [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 15.08.2019
  • Bitmə tarixi : 14.09.2019
  • Təhsil : Ali
  • Yaş həddi : 25  − 45
  • Əmək haqqı : 700  − 1000AZN
  • Kategoriya :
  • Baxış sayı : 86
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin törəmə müəssisəsi
  • Ünvan : Bakı
  • Telefon : (012) 505-95-14
  • Link :
  • Mənbə : boss.az