SƏTƏM və KN departamenti, Keyfiyyətə nəzarət üzrə mühəndis
Sumgait Technologies Park LLC

Iş haqqında

Vəzifənin adı: SƏTƏM və KN departamenti, Keyfiyyətə nəzarət üzrə mühəndis Vəzifə öhdəlikləri: • Təzyiqli çənlər üzrə praktiki və teorik bilikləri olmalı ; • İstehsalat ərazisində gündəlik auditləri aparmalı və KN üzrə böyük mühəndisə məlumat verməli ; • Müəssisə tərəfindən yüksək keyfiyyətli xidmətlərin göstərilməsinin təmin edilməsi; • Müştərinin spesifikasiyalarına dərindən yiyələnməli və istehsalatda tətbiq etməli ; • Keyfiyyətsiz məhsul istehsalının qarşısını almaq; • Müəssisənin istehsalla bağlı ayrı-ayrı struktur bölmələrinin məhsul istehsalı üzrə məsuliyyətinin və nizam-intizamın möhkəmlənməsi; • Normativ sənədlərin və müştərilərin tələblərinə cavab vermək üçün istehsal sahələri tərəfindən yerinə yetirilən işlərin keyfiyyətinə nəzarət üçün işin təşkili; • Keyfiyyətin artırılması,bu işin elm və texnikanın müasir inkişaf səviyyəsinə, daxili və xarici bazarın tələbatına uyğun olmasının təmin edilməsi üzrə tədbirlərin həyata keçirilməsi; • Məhsulun keyfiyyətinin pisləşməsi səbəblərinin analizi və tədqiq edilməsində iştirak etmək; • Məhsulların yoxlanılması, keyfiyyət standartlarına və texniki şərtlərə uyğun olması haqqında labarator rəyi əsas tutmaqla; • müəssisəyə daxil olan xammal və mal-materialların istehsalata buraxılması (buraxılmaması) haqqında rəy vermək ; • Son məhsulun istehsal sahələrindən hazır məhsul anbarlarına qəbul olunması haqqında rəy vermək. • İstehsal prosesinin bütün mərhələlərində əməliyyat nəzarətinin keçirilməsi; • Ayrı-ayrı texnoloji əməliyyatların, texnoloji avadanlıqlarının və alətinin keyfiyyəti üzrə nümunəli təftiş nəzarətin həyata keçirilməsi; • Nomenklaturanın ölçülən parametrlərin və optimal sərrastlıq ölçülər normasının müəyyənləşdirilməsi; • Son məhsulun saxlanma şəraitinin keyfiyyətinə, son məhsulla bağlı proseslərin komplektliyinə nəzarət; • Nəzarət əməliyyatların nəticələrinin təhlili, məhsulun keyfiyyət əmsalların hesablanmasının aparılması, məhsulun keyfiyyəti üzrə dövrü və vaxtaşırı hesabatların tərtibi; • Yeni normativ və standartların tətbiqi ilə bağlı vaxtı-vaxtında zəruri olan tədbirlərin həyata keçirilməsi; • Yerinə yetirilən işlərin və istehsal olunan məhsulların keyfiyyətin yaxşılaşdırılması üçün tədbirlər planının hazırlanmasında iştirak etmək; • Müntəzəm şəkildə gündəlik olaraq iş yerlərində texnoloji intizama (texnoloji proseslərin düzgün yerinə yetirilməsinə) riayət edilməsini nəzarət altında saxlamaq; • Uyğunsuzluğun təhlilində iştirak etmək; • Müştəri şikayətlərinin aidiyyatı üzrə araşdırılmasında iştirak etmək. Təhsil/Təcrübə: • Texniki ali təhsil; • Analoji sahədə ən azı 3 il iş təcrübəsi; • Azərbaycan, Rus və İngilis dillərində sərbəst istifadəçi səviyyəsində bilməli; • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli; • Ölçülər və ölçmə metodları haqda əsas bilikləri olmalı; • ASME standartlarını dərindən bilməli. • Standartlara(ASME ,EN, İSO, BS və s.) işləməyi bacarmalı; • İnteqrə edilmiş menecment sistemi ( İSO 9001) üzrə ümumi bilikləri olmalı. Əlavə məlumatlar: • Əmək haqqı razılaşma əsasında; • Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə; • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir. • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə mühəndis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır. [hidestr] Company: Sumgait Technologies Park LLC Title: SƏTƏM və KN departamenti, Keyfiyyətə nəzarət üzrə mühəndis [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 15.08.2019
  • Bitmə tarixi : 14.09.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 56
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Sumgait Technologies Park LLC
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az