Tozaltı qövs qaynaqçısı (SAW)
Sumgait Technologies Park LLC

Iş haqqında

Tozaltı qövs qaynaqçısı (SAW) Vəzifə öhdəlikləri: - Qaynaq aparatını işə salmazdan əvvəl ona nəzarət etməli, vizual baxış keçirməli, qaynaq məftilini, istifadə edilən qaz qarışığını yoxlamalı, aşkar edilən nasazlıqları aradan qaldırmalı və sahə rəisinə məlumat verməlidir; - Qaynaq aparatından istifadə edərkən istehsalçı zavodun istismar təlimatına əməl etməlidir; - Təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinə dair təlimatı yaxşı bilməli və iş vaxtı onlara ciddi riayət etməlidir; - İşə başlayarkən sahə rəisinin və yaxud növbə rəisinin növbə üçün nəzərdə tutulmuş tapşırığı ilə tanış olmalıdır; - Verilmiş tapşırığı yerinə yetirməli, bu barədə sahə rəisinə məlumat verməlidir; - Temperatur rejiminə ciddi nəzarət etməlidir; - Mürəkkəb metalkonstruksiyaların qaynaq edilməsi, qaynaq olunacaq konfiqurasiyaların çertyojla oxunması və s; - Qaynaq avadanlıqlarının quruluşunu və işləmə qaydalarını, dəyişən və sabit cərəyanla qaynaq, qaynağın növlərini, qaynaq edilən metalların xassələrini bilməlidir; - İstehsalat sahəsində mövcud olan yanğın təhlükəsizliyinə dair təlimatı dəqiq bilməlidir; - Qaynaq rejimlərinin seçilmə prinsiplərini, qaz qaynağında işlədilən qazların saxlanma metodlarını, qaynaq tikişlərinin sınanma və nəzarətetmə üsullarını, metalın markasından və qalınlığından asılı olaraq qızıdırılma qaydalarını və s. bilməlidir; - Təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinə dair təlimatı yaxşı bilməli və ona ciddi əməl etməlidir. Təhsil/Təcrübə: - Orta-texniki təhsil; - Qaynaq üzrə müvafiq sertifikasiyaya malik olmalı; - Analoji sahədə ən azı 3 il iş təcrübəsi; - Azərbaycan dilini sərbəst bilməli; Əlavə məlumatlar: • Əmək haqqı razılaşma əsasında; • Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə; • İş qrafiki: 5 gün, 08:00 – 17:00 • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir. • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Materiallar üzrə müfəttiş” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır. [hidestr] Company: Sumgait Technologies Park LLC Title: Tozaltı qövs qaynaqçısı (SAW) [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 15.08.2019
  • Bitmə tarixi : 14.09.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 55
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Sumgait Technologies Park LLC
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az