Sənəd dövriyyəsinin təşkili şöbəsinin müdiri
Autolux Azerbaijan LLC

Iş haqqında

“Avtolüks Azərbaycan” MMC-yə Sənəd dövriyyəsinin təşkili şöbəsinin müdiri tələb olunur. İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə Namizədə olan tələblər: 1. Ali təhsili (iqtisadi və ya hüquqi təhsil arzuolunandır); 2. Müvafiq sahədə minimum 5 il iş stajı 3. Analitik düşüncə, işdə dəqiqlik və işə yaradıcı yanaşmaq qabiliyyəti; 4. MS Office məhsulları üzrə bilik və vərdişlər (xüsusilə Word); 5. Xarici dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir. Vəzifə öhdəlikləri: 1. Şirkətin müvafiq struktur bölmələri ilə birlikdə məhsulların tətbiqi ilə bağlı tələb olunan sənədlər toplusunu (formalar, blanklar, məhsulların pasportları və s.) hazırlamaq və Şirkətin müvafiq strukturları ilə razılaşdırmaq; 2. Şirkətin aidiyyəti bölmələrinin analitik məlumatları əsasında bu və ya digər fəaliyyət istiqamətləri üzrə istifadə olunan daxili lokal normativ aktların dəyişdirilməsinə dair metodiki tövsiyələr və təkliflər vermək; 3. Şirkətin “Normativ aktlar haqqında” Qaydalarına uyğun olaraq, Şirkətin müvafiq idarəetmə orqanı tərəfindən təsdiq edilən şirkət daxili normativ sənədlərin nömrələnməsini və qeydiyyatını təmin etmək; 4. İş prosesində şirkətin fəaliyyətini tənzimləyən şirkət daxili normativ aktların təkmilləşdirilməsi, o cümlədən bu və ya digər xidmətlərin optimallaşdırılması üzrə nümunəvi layihələr, metodiki tövsiyələr və təkliflər vermək; 5. Şirkət daxili şöbələrin əsasnamələrinin hazırlanmasında struktur bölmələrə metodiki tövsiyələr vermək, ehtiyac yarandığı halda nümunəvi formalar təqdim etmək, əsasnamələrə dəyişikliklər etmək; 6. Daxili prosedurların, qaydaların, təlimatların, Pasportların və s., təkmilləşdirilməsi məqsədi ilə rəy və təkliflər vermək; 7. Nizam-intizam (əmək və icra intizamı) qaydalarına riayət etmək; Email : [email protected] Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq. [hidestr] Company: Autolux Azerbaijan LLC Title: Sənəd dövriyyəsinin təşkili şöbəsinin müdiri [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 16.08.2019
  • Bitmə tarixi : 15.09.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 47
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Autolux Azerbaijan LLC
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az