Maliyyə hesabatları üzrə baş mütəxəssis
PAŞA Sığorta

Iş haqqında

“PAŞA Sığorta” ASC namizədləri Maliyyə hesabatları üzrə baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Vəzifə və Öhdəliklər: • Şirkətin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (“MHBS”) üzrə yarım illik və illik maliyyə hesabatlarının hazırlanmasının təmin edilməsi; • Kənar auditorların məlumat təminatında iştirak etmək; • Hesabat prosedurlarını daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatı standartlarına cavab verəcək şəkildə icra etmək; • Daxili hesabat sisteminin inkişaf prosesinə töhfə vermək və bu prosesin davamlı təkmilləşdirilməsinə dəstək olmaq; • Təqdim olunan məlumatların dəqiqliyi, düzgünlüyü və tamlığını təhlil etmək; • Fəaliyyət istiqamətləri üzrə proqram təminatlarının işlənilməsində və müvafiq proseslərin avtomatlaşdırılmasında bilavasitə iştirak etmək; • Fəaliyyət istiqamətləri üzrə Şirkətdaxili normativ sənədlərin hazırlanması və yenilənməsini təmin etmək; • Sənədlərin və ona məlum olan əməliyyatlar və xidməti tapşırıqlarının məxfiliyinin lazımi səviyyəsinin qorunması; • Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqların (maliyyə təhlilləri, müxtəlif məlumatların toplanılması və s.) yerinə yetirilməsi. Bilik və bacarıqlar: • Maliyyə istiqamətində ali təhsil; • "Böyük Dördlük" Şirkətlərində 2-3 illik iş təcrübəsi vəya Maliyyə və MHBS hesabatlılığı sahəsində ən azı 5 il iş təcrübəsi. • Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, işgüzar ingilis dilinin qabaqcıl səviyyədə olması arzu olunandır; • Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, beynəlxalq maliyyə menecmenti və iqtisadi prinsiplər üzrə nəzəri biliklər • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq • Peşəkar sertifikasiyanın mövcudluğu arzuolunandır; • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti; • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; • MS Office ilə qabaqcıl istifadə bacarıqları. Son müraciət tarixi: 30 avqust, 2019. Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. [hidestr] Company: PAŞA Sığorta Title: Maliyyə hesabatları üzrə baş mütəxəssis [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 16.08.2019
  • Bitmə tarixi : 15.09.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 29
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : PAŞA Sığorta
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az