İnsan Resursları Əməliyyatlar üzrə aparıcı mütəxəssis
Veysəloğlu Şirkətlər Qrupu

Iş haqqında

  Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. Vəzifə: İnsan Resursları Əməliyyatlar üzrə aparıcı mütəxəssis İş yeri: Bakı şəhəri İş təcrübəsi: Sahə üzrə min. 3 il Təhsil: Ali Yaş həddi: 23-36 İşin təsviri: Kadr inzibatçılığı ilə əlaqədar prosesləri icra edir. Vəzifə öhdəlikləri: - E-gov portalında əməliyyatları icra etmək; - Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək; - Statistika hesabatlarını hazırlamaq; - Şirkətin kadr işləri üzrə sənədləşmə prosesini idarə etmək; - İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq; - Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə məzuniyyət cədvəllərini tərtib etmək və işçilərə məzuniyyətlərin verilməsini, onların uçotunun aparılmasını, ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək; - Əmək kitabçalarında qeydlər aparmaqla qeydiyyatını aparmaq; - İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması; - Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək. Tələblər: - Mükəmməl səviyyədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri; - Sənədləşdirmə və yazımşa işlərini aparmaq qabiliyyəti ; - MS Office kompüter proqramlarından istifadə etmək bacarığı; - Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti; - E-gov Elektron Hökumət Portalında işləmə bacarıqları. Əmək haqqı: Müsahibə əsasında təyin olunur. Təminatlar: - İş yerinə nəqliyyat ilə çatdırılır; - Nahar ilə təmin edilir. Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İnsan Resursları Əməliyyatlar üzrə aparıcı mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. [hidestr] Company: Veysəloğlu Şirkətlər Qrupu Title: İnsan Resursları Əməliyyatlar üzrə aparıcı mütəxəssis [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 16.08.2019
  • Bitmə tarixi : 15.09.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 74
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Veysəloğlu Şirkətlər Qrupu
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az